Uşaq otağının dekorasiyasını qurarkən həm rahatlıq, həm də şıqlıq nəzərə alınmalıdır.
Elə ilin trendləri müəyyənləşdirilərkən də bunlar nəzərə alınır. Məsələn, hər il olduğu kimi 2016-cı ildə də, ağ, uşaq otaqlarında ən çox istifadə edilən rəng olacaq. Çünki bu rəng uşağın gözlərini yormur, otaq daha işıqlı və böyük görünür. Bu isə körpənin həm sağlamlığı, həm də psixologiyası üçün əhəmiyyətlidir.
İlin trendlərinə uyğun olaraq, uşaq otağını çəhrayı, mavi, yaşıl rəngin pastel çalarları ilə bəzəyə bilərsiniz. Oyuncaqlar, divar kağızları ilə otağa rəng qatmaq olar. Ancaq aksessuarlardan az istifadə edin.
Publika.az ilham ala bilməyiniz üçün ən gözəl uşaq otaqlarını seçib.
{gallery}Dizayn/usaqotagi{/gallery}