Sağlamlıq

Uşağa ayaqqabı seçərkən diqqətli olun! Ortopedin məsləhətləri

Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:

1. Bəzən eşidirik ki, bütün uşaqlar ortopedik ayaqqabı geyinməlidir. Lakin bu belə deyil. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Uşağa keyfiyyətli və həkimlərin tövsiyələrinə uyğun seçilmiş ayaqqabı seçmək lazımdır. Bu çox vacibdir. Düzgün seçilməmiş ayaqqabıların nəticəsi - uşaqda pəncə və qamət problemləridir.

Altlığı yumşaq olan ayaqqabılar (ked, şap-şap) yaxşı seçim deyil. Belə ayaqqabıda uşaq 2 saatdan artıq gəzməməlidir.

2. Uşaq ayaqqabıların müəyyən standartları mövcuddur.

Ayaqqabı dəridən olmalıdır (həm ayaqqabının üstü, həm də içi). Bu çox vacibdir. Uşaqlar çox hərəkət edir - qaçır, tullanır. Süni materiallardan hazırlanmış ayaqqabıda uşağın ayaqları çox güclü tərləyəcək. Bu isə ziyandır.

Ayaqqabının altlığı bərk olmalıdır və eyni zamanda asanlıqla əyilməlidir (bax şəkil 1). Altlığın elastik olması çox vacibdir. Altlıq dəridən, rezindən və digər müasir materiallardan ola bilər.

Ayaqqabının arxası bağlı və bərk olmalıdır. Dabanın hündürlüyü 1/2-1 sm olmalıdır. Qeyri-adi dabanı olan və ya dabansız ayaqqabılar tövsiyə edilmir.

Ayaqqabının içərisində supinator olmalıdır.

Ayaqqabının burnu bərk və yumru olmalıdır ki, uşağın barmaqları üçün kifayət qədər yer olsun.

3. Uşağa ayaqqabı alarkən diqqətli olun və müəyyən qaydalara əməl edin:

- Ayaqqabını axşam almaq məsləhətlidir. Bu həm uşaqlara, həm də böyüklərə aid olan qaydadır. Axşam səhərlə müqayisədə pəncənin ölçüsü 5-8% böyük olur.

- Ayaqqabı uşağın ayağını sıxmamalıdır və həmçinin çox böyük olmamalıdır (ayaqqabı ayaqda yaxşı oturmalıdır).

- Barmaqlardan ayaqqabının burnuna kimi təxminən 1-1,5 sm məsafə qalmalıdır. Uşağa ayaqqabı geyindirdikdən sonra ayaqqabının arxasına çəçələ barmağınızı salın (çəçələ barmağının ucu girməlidir). (bax şəkil 2)

- Uşağın dabanı ayaqqabıda sağa-sola "oynamalıdır". (bax şəkil 3)

- Uşağa təzə ayaqqabı geyindirdikdən sonra onu 5 dəqiqə ərzində gəzdirin. Daha sonra ayaqqabını çıxardın və uşağın ayaqlarında sürtülmüş, qızarmış yerlərin olub-olmamasına fikir verin.

- Əgər müəyyən müddətdən sonra uşağın ayaqqabısı öz formasını dəyişibsə (bax şəkil 4), ayaqqabını təzələyin. Əgər bu hal təkrarlanırsa, ortopedə müraciət edin.

Saglamolun.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu

Kərə yağının təbii olduğunu müəyyən…

Ərzaqlar Hits:13467

Kərə yağı ən çox istifadə olunan...

Dublyonkanı ev şəraitində necə təmizləmək olar. Faydalı məsləhətlər

Dublyonkanı ev şəraitində necə təmizləmək…

Paltarlara qulluq Hits:5374

Dublyonkanı ev şəraitində yaxşı təmizləmək olar.

Qışda immuniteti gücləndirən vitaminli qarışıq. RESEPT

Qışda immuniteti gücləndirən vitaminli qarışıq…

Sağlamlıq Hits:13440

Təqdim etdiyimiz qarışıq immuniteti gücləndirir, orqanizmi...

Kələmlə pirojki

Kələmlə pirojki

Qəlyanaltılar Hits:3020

Tez hazırlanan və çox dadlı və...

Pendirli içliklə dadlı KOTLETLƏR

Pendirli içliklə dadlı KOTLETLƏR

İsti yeməklər Hits:1036

Məhsullar: - 500 qr çəkilmiş ət - 150...

Bişmiş squşonka ilə RULET

Bişmiş squşonka ilə RULET

Şirniyyat Hits:3870

Tərkib: - 4 yumurta - 1 stəkan un

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az