Sağlamlıq

Qadınların intim gigiyenasının 4 VACİB QAYDASI

Hər bir qadın intim gigiyenanın əsas qaydalarını bilməli və bu qaydalara riayət etməlidir.

Bu qadın sağlamlığının qorunması üçün ən vacib olan şərtlərdən biridir.  

Qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1-ci qayda. Əfsuslar olsun ki, uşaqlıq yolunun öz-özünü təmizləyən orqan olduğunu qadınların çox az bir hissəsi bilir. Bunu bilmədikləri üçün uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa (“sprinsovka”) vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan da istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta əksinə olaraq çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olurlar. Beləliklə, qadınların əsas intim gigiyena qaydalarından ən başlıcası – xarici cinsi üzvləri əvvəlcədən təmiz yuyulmuş əllərlə öndən arxa tərəfə olmaqla (arxa tərəfdə yerləşən düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) axar su axıtmaqla yüngül şəkildə üzdən yuyulmasıdır. Uşaqlıq yolunun daxilinin yuyulması və ya maye şəklində olan vasitələrin püskürdülməsi yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün xüsusi gellər var. Onlar dərini yumşaq şəkildə təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür.

Hər dəfə tualetə getdikdən sonra, yatmazdan əvvəl və səhər oyandıqdan sonra, həmçinin hər intim yaxınlıqdan sonra qadınlar bu gellərdən istifadə etməklə, xarici cinsiyyət üzvlərini üzdən yumalıdır. Əlbəttə ki, bunu hər dəfə etmək mümkün olmur – qadınlar işləyir, təhsil alır, ezamiyyətə gedir və s. Belə hallar üçün xüsusi nəm intim gigiyena salfetlərı (adi nəm salfetlərlə səhv salmayın!) hazırlanmışdır. Belə salfetlərinin tərkibində spirt deyil, nəmləndirici bitki yağları (çay ağacı yağı və s.), sakitləşdirici müalicəvi otların ekstraktı (aloye vera, çobanyastığı və s.) və intim yerlərin dərisinin qızarmasının və qıcıqlandırılmasının qarşısını alan süd turşusu daxildir.

3-cü qayda. Qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 4 saatdan gec olmayaraq dəyişmək lazımdır! Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı qida mühitinə çevrilir. Bu isə iltihabların inkişafına səbəb ola bilər. Qadın allergiyalara meyillidirsə, aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etmək lazımdır.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) uşaqlıq yolunda qaldıqda, qadında toksiki şokun inkişafına  səbəb ola bilər! Toksik şok sindromunun simptomları: hərarətin birdən-birə kəskin şəkildə artması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri meydana çıxdıqda  təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: qadın bezlərini vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdikdən sonra axar su ilə aralıq nahiyəsini yaxalamaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açıq olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qoruyan  selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün “çox yaxşı” bir şərait yaranır.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın sağlamlığının qorunmasında vacib rol oynayır. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi isə qəti şəkildə əks-göstərişdir: belə alt paltarları nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi “müasir” - nazik zolaq şəklində olan qadın alt paltarları (“strinq” və “tanqa”) isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan əlavə alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranını pozur. Bunlar isə iltihabların inkişafına səbəb ola bilər.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Toyuq və tərəvəzlərlə SADƏ və DADLI SALAT

Toyuq və tərəvəzlərlə SADƏ və…

Salatlar Hits:3539

İnqrediyentlər: - 300 qr toyuq filesi

Albalı öz şirəsində

Albalı öz şirəsində

Qışa tədarük Hits:4905

Albalı ən faydalı meyvələrdən biridir. Albalını...

Üz dərisinin təbii vasitələrlə ağardılması

Üz dərisinin təbii vasitələrlə ağardılması…

Kosmetologiya Hits:6890

Dərinin rəngini "açmaq", piqment ləkələri və...

Dəniz yosunları maskaları. Ani cavanlaşma!

Dəniz yosunları maskaları. Ani cavanlaşma!

Kosmetologiya Hits:5187

Dəniz yosunları (laminariya) çox giymətli kosmetik...

Yeni il üçün SALATLARIN BƏZƏDİLMƏSİ - FOTO

Yeni il üçün SALATLARIN BƏZƏDİLMƏSİ…

Salatlar Hits:8744

Yeni il ən sevilən bayramlardan biridir.

Nar və toyuqla ÇOX DADLI SALAT

Nar və toyuqla ÇOX DADLI…

Salatlar Hits:5047

İnqrediyentlər: - 1 bişmiş toyuq sinəsi

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az