Sağlamlıq

Arıqlamağa kömək edən səhər yeməyi

Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər yeməkləri üçün ən yaxşı variantdır.

Müsli tez mənimsənilir, vitamin və mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, mübadilə proseslərini tənzimləyir.

Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl müalicəvi effekt verir ki, bağırsaqları “işləməyə” vadar edir. Bu xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.

Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf, darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları, çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!

Ərik və alma ilə müsli

3 stol qaşığı yulaf yarması (“gerkules”) bir qədər ilıq qaynanmış suda isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼ stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz ləpəsi əlavə edib yaxşı qarışdırın.

Armud və üzüm ilə müsli

3 stol qaşığı yulaf yarması, 2 çay qaşığı xırda doğranmış fındıq, 2 çay qaşığı üzüm, 2 ədəd xırda doğranmış armüd qarışdırın. Üzərinə ½ limonun şirəsi, bir qədər darçın, 1 çay qaşığı bal və 200 qr yoqurt əlavə edib yaxşı qarışdırın.

Ərik və əncir qurusu ilə müsli

4 stol qaşığı buğda yarmasını (preslənmiş şəkildə) bir qədər ilıq qaynanmış suda isladın. Üzərinə 3 xırda doğranmış ərik və 3 əncir qurusu, 150 qr yoqurt əlavə edin və qarışdırın.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Novruz süfrəsi üçün şorqoğal

Novruz süfrəsi üçün şorqoğal

Şirniyyat Hits:9656

Əslində, Novruz süfrəsinə duzlu (şor) deyil...

Asan hazırlanan ƏTLİ PİROQ. Resept

Asan hazırlanan ƏTLİ PİROQ. Resept

Qəlyanaltılar Hits:22640

Ərzaqlar: Xəmir: - 1 stəkan yağlı qatıq (turş...

Qara qarağatla piroq. Asan və ləzzətli!

Qara qarağatla piroq. Asan və…

Şirniyyat Hits:2313

Bu piroqu bişirmək çox asandır. Piroq...

Şokolad tikələri ilə biskvit. Çox asan!

Şokolad tikələri ilə biskvit. Çox…

Şirniyyat Hits:7054

Tərkib: - 1 stəkan təzə qatıq (turş...

Sızanaq və qırışları aradan qaldıran sabunlar

Sızanaq və qırışları aradan qaldıran…

Kosmetologiya Hits:6289

Dərinizdə yaranan yağlanma, sızanaq problemi, qırışlar...

Ev şəraitində ekoloji təmiz dezodorant hazırlayırıq

Ev şəraitində ekoloji təmiz dezodorant…

Kosmetologiya Hits:7706

Adi dezodorantların tərkibinə müxtəlif kimyəvi maddələr...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az