Artıq piyləri yandırmaq üçün ən asan üsul

Elm adamları arıqlamaq istəyənlərə keçi qatığı yeməyi məsləhət görüb.

Kembric Universitetinin professorlarının apardığı araşdırmalar keçi qatığının tərkibində piyləri əridən xüsusi ferment olduğunu ortaya çıxarıb.

“Konzim” adlı bu ferment sayəsində arıqlamaq olduqca asandır. Hətta alimlər bu fermentin gələcəkdə minlərlə insanı artıq çəki problemindən xilas edəcəyini düşünür. Fermenti kəşf edən professor Erik Pointer keçi qatığının aclıq hissini aradan qaldırdığını, insanı uzun müddət tox saxladığını bildirib.

Keçi qatığını yeməklərin yanında və ya qəlyanaltı zamanı yemək olar.

 Qeyd edək ki, bundan 2 il öncə aparılan başqa bir araşdırmanın nəticələrinə görə, gündə 125 qram təbii keçi qatığı yemək dərini hamarlaşdırır, saçlara parlaqlıq verir, yaşlanmanı gecikdirir.

Publika.az


.
.
Загрузка...