Sağlamlıq

İtburnu çayının faydaları. RESEPT

İtburnu çayı çox faydalı müalicəvi içkidir.

Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.

Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər. 
İtburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarına görə əsl çempiondur. Fitoterapevt həkimləri itburnunu "təbii vitamin-mineral kompleksi" adlandırırlar.  
Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır - arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir. 
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir. 
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir. 
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər. 
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar. Çaya zövqə görə bal əlavə etmək olar. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.  
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər.

Evdarliq.Az


Загрузка...

.

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Alüminium qazanlara qulluq. Faydalı məsləhətlər

Alüminium qazanlara qulluq. Faydalı məsləhətlər

Təmizlik işləri Hits:6027

Alüminiumdan hazırlanan qazanlar istifadədə çox rahat...

Kosmetik məhsulların xarab olduğunu necə anlamaq olar?

Kosmetik məhsulların xarab olduğunu necə…

Kosmetologiya Hits:4057

  Hər məhsulun olduğu kimi, kosmetik vasitələrin...

Kərə yağı ziyanlıdır yoxsa faydalı?

Kərə yağı ziyanlıdır yoxsa faydalı?

Ərzaqlar Hits:3681

XX-ci əsrin ortalarında bütün dünya xolesterinlə...

Lavaşdan ətli piroqun hazırlanması. Tez, asan və dadlı! - FOTO

Lavaşdan ətli piroqun hazırlanması. Tez…

Qəlyanaltılar Hits:23182

Bu piroq çox tez və asan...

Kartof qızartmasını dadlı edən VACİB MƏSLƏHƏTLƏR

Kartof qızartmasını dadlı edən VACİB…

Faydalı məsləhətlər Hits:2145

Kartof qızartması çox asan hazırlanan yemək...

Civzələri yox edən ucuz vasitə

Civzələri yox edən ucuz vasitə…

Kosmetologiya Hits:18384

Müasir dünya farmasevtik sənayesi hər il...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Dərini ağardan və təmizləyən TƏBİİ LOSYON. Evdə hazırlayın

Dərini ağardan və təmizləyən TƏBİİ…

Kosmetologiya Hits:118

Dərini ağartmaq və təmizləmək üçün bir...

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

İsti yeməklər Hits:272

Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz...

Üzdəki tükləri tökən MASKA

Üzdəki tükləri tökən MASKA

Kosmetologiya Hits:495

Bir çox qadınlar üzlərindəki tüklərə görə...

Həqiqi ətri saxta ətirdən ayırmağın SADƏ YOLLARI

Həqiqi ətri saxta ətirdən ayırmağın…

Faydalı məsləhətlər Hits:393

Bir çox ətir rəfləri əslində bənzədilmiş...

Tez hazırlanan KOKOSLU PİROQ

Tez hazırlanan KOKOSLU PİROQ

Şirniyyat Hits:759

Məhsullar: - 150 qr şəkər tozu

Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

Özünə vaxt ayıra bilməyən xanımlara…

Kosmetologiya Hits:421

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən...

Portağal və şokoladla SADƏ PİROQ

Portağal və şokoladla SADƏ PİROQ

Şirniyyat Hits:529

Məhsullar: - 2 yumurta

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3495

Tomat, turşu, mürəbbə kimi bir çox...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az