Sağlamlıq

Gənəgərçək yağı - həm sağaldır, həm gözəlləşdirir

Əvvəllər gənəgərçək yağı daha geniş istifadə olunurdu.

Keçmiş əsrdə bu yağın köməyi ilə soyuqdəymələr, iltihablar, yaralar, qəbizlik və s. müalicə edirdilər.

Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.

Nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.

Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza - 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları "tənbəl" edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.

Gənəgərçək yağı yarasağaldan və iltihabəleyhinə təsirinə malikdir. Bu səbəbdən bu yağ müxtəlif dəri zədələnmələri, kəsiklər, yanıqlar, yaralar zamanı istifadə oluna bilər.

Gənəgərçək yağı babasil zamanı da istifadə olunur (gün ərzində bir neçə dəfə düyünlərin üzərinə çəkilir).

Gənəgərçək yağı soyuqdəymə, öskürək, bronxit zamanı istifadə olunur. Axşam yatmazdan əvvəl isti suda bir qədər qızdırılmış gənəgərçək yağı xəstənin sinəsinə və ayaqlarına çəkilir (daha sonra ayaqlara pambıq corab geyinmək lazımdır).

Əl və ayaqların dərisi quru, nahamar olduqda və qabıq verdikdə gənəgərçək yağı ilə olan bürünmələr dərini yumşaq və elastik edir. Bunun üçün əl və ayaqlara gənəgərçək yağı sürtmək, sellofan plyonka ilə bükmək və pambıq əlcək və corablar geyinmək lazımdır. Ən yaxşı variant bunu yatmazdan əvvəl etmək və bürünmələri səhərə kimi  saxlamaqdır. Belə bürünmələri 10 gün ərzində etmək lazımdır.

Ziyillərə gənəgərçək yağı sürtəndə, ziyillər tez bir zamanda yox olur.

Gənəgərçək yağı dəri, saç və kirpiklər üçün olduqca faydalıdır.

Gənəgərçək yağı dərini nəmləndirir, cavanlaşdırır, dərini daha elastik edir, xırda qırışları yox edir.

Qidalandırıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiy kartof, 1 xörək qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq və təmiz üz dərisinə çəkmək lazımdır. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Yağlı dəri üçün ağardıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maska üz dərizini ağardır, piqment ləkələrini daha az görünən edir, dəri məsamələrini yığır.

Gənəgərçək yağı saçların vəziyyətinə çox müsbət təsir edir - möhkəmləndirir, daha elastik və canlı edir. Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə massaj hərəkətləri ilə sürtülür.

Gənəgərçək yağı kirpiklər və qaşlar üçün də çox xeyrlidir. Kiçik təmiz fırça ilə (tuş fırçasından istifadə etmək olar) gənəgərçək yağını kirpiklərə və qaşlara sürtün. Bir müddət keçdikdən sonra kirpik və qaşlarınız daha sıx olacaq.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Təmiz üz dərisinə sahib olmağın SİRRİ - ASAN RESEPT

Təmiz üz dərisinə sahib olmağın…

Kosmetologiya Hits:1984

Hər zaman baxımlı olmaq istəyən xanımların...

Hansı bürclər cinayətkarlığa DAHA MEYİLLİDİR? – Özünüzü TANIMAYACAQSINIZ

Hansı bürclər cinayətkarlığa DAHA MEYİLLİDİR?…

Maraqlı... Hits:1068

Bürclər insanların ən çox oxuduğu, amma...

Peçenyedən hazırlanmış ŞOKOLADLI TORT

Peçenyedən hazırlanmış ŞOKOLADLI TORT

Şirniyyat Hits:4759

Tort dükanlarda satılan hazır şokoladlı peçenyedən...

Çox dadlı darçınlı keks

Çox dadlı darçınlı keks

Şirniyyat Hits:5736

Keks çox asan və tez hazırlanır...

Üz dərisinin cavan qalması üçün BUNLARI EDİN!

Üz dərisinin cavan qalması üçün…

Kosmetologiya Hits:24439

25 yaşından başlayaraq üz dərisində qocalma...

Sadə, ucuz və dadlı KOKOSLU PEÇENYE

Sadə, ucuz və dadlı KOKOSLU…

Şirniyyat Hits:2672

Məhsullar: - 250 qr kokos yonqarı

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1112

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az