Yağları əridən 9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir.

Ancaq yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbii ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat tərzi sürmək lazımdır. Kalori və yağları yalnız idman və qidada bəzi məhdudiyyətlər yandıra bilər. Bu məhsullar, yalnız həzm prosesinə köməkçi olub, maddələr mübadiləsini sürətləndirir və qidanın mənimsənilməsinə çox yaxşı təsir göstərir. Bunun üçün rasiona meyvə və tərəvəzləri mütləq şəkildə əlavə etmək lazımdır.

Qreypfrut

Yağların ərinməsi və arıqlamaq üçün çox faydalıdır. Qreypfrut qanda qlukoza səviyyəsini aşağı salan insulin hormonunu azaldır. Nəzərinizə çatdıraq ki, məhz insulin yağ ehtiyatlarının artmasına səbəb olur. Bu ehtiyatlardan qurtulmaq üçün yeməkdən sonra qreypfrut şirəsi və ya yarım qreypfrut yeməyiniz məsləhət görülür. Bununla maddələr mübadiləsini sürətləndirib, yağların metobolizmi tezləşdirilir. Belə təsirə demək olar bütün sitrus meyvələri malikdir. Onlar həmçinin orqanizmi şlaklardan,   toksinlərdən təmizləyərək, immun sistemi gücləndiri.

Ananas

Hər bir arıqlayan xanım bilir ki, ananas yağların əridilməsinə kömək edən əsas məhsullardan biridir. Buna səbəb anasın tərkibində bromelin fermentinin olmasıdır, o isə zülalların parçalanmasına kömək edir. Buna görə ananas ət, balıq və süd məhsullarının həzminə yaxşı təsir göstərir. Həmçinin ananas kalsium, kalium, fosfor, dəmir, yod kimi elemetlər, B qrupu vitaminlər və A vitamini ilə zəngindir. Bundan əlavə həzmi stimullaşdıraraq, qanı duruldur və trobmlarla mübarizəyə kömək edir. Buna görə ananası dərhal yeməkdən sonra şirə şəklində və ya meyvə şəklində yemək məsləhət görülür.

Nəzərinizdə olsun ki, mədə-bağırsaq sistemində problemiləri olan, mədə şirəsinin turşuluq dərəcəsi yüksək olan və mədə xorası olanlara məsləhət görülmür. Onu ac qarnına yemək olmaz.Dişlərə pis təsie etdiyi üçün yedikdən  sonra ağız boşluğunu yaxalamaq lazımdır.

Zəncəfil

Çox yaxşı isidici təsir edir. Bu tünd ədviyyat, qan dövranını yaxşılaşdıraraq bununla həzmə çox böyük kömək edir. Ağır yeməklərin həzmində orqanizmə çox böyük təsir göstərir. Pəhriz saxlayanlar zəncəfil çayının çox xeyirli olduğunu bilirlər. Bir hissəsini kəsib üstünə qaynar su əlavə edin. Əlavə olaraq limon suyu və bal da qatmaq olar.

Nəzərinizdə olsun ki, zəncəfil çox güclü ədviyyat olduğundan onu istifadə edərkən ehtiyyatlı olmanız məsləhət görülür.  Qastrit, qanaxma, ürək-damar və öd xəstələri zamanı bu məhsulun qəbulu məsləhət görülmür.

Yağsız süd məhsulları

Qatıq, kəsmik və yoqurtun tərkibində kalsitriol hormonu var. O, orqanizmi kalsiumla  təmin edərək, hüceyrələri ziyanlı yağlardan imtina etməyə məcbur edir. Həmçinin bu məhsulların tərkibində bir çox faydalı bakteriyalar olduğundan, onlar həzm və maddələr mübadiləsini yaxşılaşdırır.

Kələm

Kələmin hər bir növündə sellüloz var ki, o, həzmi yaxşılaşdıraraq, orqanizmi şlaklardan təmizləyir. Antioksidantlar, bildiyimiz kimi, orqanizmi təmizləyir, bundan əlavə kələmin tərkibində çoxlu sayda vitaminlər( A, C, E, K, PP, U və B qrupu) , mikroelementlər (kalsium, fosfor, kalium, maqnezium, dəmir, sink, ftor) və əvəzsiz aminturşuları vardır.

Darçın

Darçın məhz qarın nahiyəsində olan yağlardan xilas olmaqda məşhur sayılır. O, qanda olan şəkərin səviyyəsini normallaşdırır. Məhz bu göstəricilər qalxdıqda insan aclıq hiss edir. Darçın da bundan əvvəl sadaladığımız məhsullar kimi, maddələr mübadiləsini yaxşılaşdırmaqla bərabər, bir tək qoxusu ilə orqanizmi aldadaraq toxluq hissi yaradır. Bəlkədə bu hiss darçını daha çox şirin un məmulatlarına qatdığımız üçün yaranır, amma təəssüf ki, darçın bu vəziyyətlərdə arıqlamğa kömək edə bilmir. Beləliklə darçını meyvə salatının üstünə əlavə etsəniz daha çox nəticə görmüş olacaqsınız. Nəzərinizdə olsun ki, hamiləlik zamanı və qaraciyər xəstələrinə darçın məsləhət görülmür.

Su

Orqanizmə su çatışmadıqda metabolizm ləngiyir. Bu isə yağ ehtiyatının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə bəzi hallarda aclığı susuzluqla səhv salmaq mümkündür, bu halda çox yemək istədikdə 1 stəkan su içmək məsləhət görülür. Amma nəzərinizdə olsun ki, susuzluğu yatıran və orqanizmi təmizləyən yalnız sadə və təmiz sudur.

Yaşıl çay

Dietoloqlar bu çayı gündə 2 fincandan az olmayaraq içməyi məsləhət görürlər. Onun da tərkibində elə maddələr var ki, orqanizmdə maddələr mübadiləsinin yaxşılaşdırır və  arıqlamağa kömək edir. Unutmayın ki, bu məhsul xərçəng hüceyrələrinin yaranmasına mane olur, ürək və damarları gücləndirir. Yalnız hər bir şey kimi bu məhsulu da qədərində içmək lazımdır, çünki, o, çox içildikdə sinir sisteminə ayıldıcı təsir göstərir.

Moruq

O, hüceyrələri yağlardan tərkibindəki vitaminlər sayəsində azad edir. Həmçinin moruq, sidikqovucu təsir göstərərək maddələr mübadiləsinin tezləşməsinə səbəb olur və orqanizmi toksi n və şlaklardan təmizləyir. Bilin ki, moruq nadir giləmeyvələrdən biridir ki, istiylə təmasda olduqda (yəni bişdikdə) öz xeyirli xüsusiyyətlərini itirmir.

Evdarli.Az