Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir.

Bu qida sağlam insanlar üçün də faydalıdır. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdim edirik:

Lazım olan məhsullar:

- kişmiş - 500 qr

- ərik qurusu - 500 qr

- əncir qurusu - 500 qr

- çəyirdəksiz qara gavalı - 500 qr

- qoz - 500 qr

- qabıqlı limon - 1 ədəd

Hazırlanması:

Məhsulların hamısı mətbəx kombaynında xırdalanır və ya ətçəkən maşından keçirilir. Sonra 500 qr bal əlavə olunur və hamısı birlikdə qarışdırılır. Alınan qarışım bankalara doldurulur və gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edilir.

Nuş olsun!

Evdarliq.Az