Sağlamlıq

Qaraciyəri təbii şəkildə təmizləyən içkilər

Orqanizmdəki ən mühüm orqanlardan biri sayılan qaraciyər yanlış qidalanma vərdişləri üzündən zamanla öz funksiyasını yaxşı yerinə yetirə bilmir.

Qaraciyərin əsas vəzifələri bunlardır: maddələr mübadiləsini normaya salır, qanı təmizləyir, vitaminləri sorur. Daha sağlam bədənə sahib olmaq üçün bütün bunların yerinə yetirilməsi vacibdir. Çünki qaraciyər xəstəliklərinin müalicəsi olduqca çətin və ağrılıdır.

 Unutmayın, orqanizmdəki hər orqanın hansı vəziyyətdə olmasına biz özümüz cavabdehik. Bu məsuliyyəti dərk edən insanlar həkimlərə və dərmanlara ehtiyac duymur. Ömrünün sonuna qədər sağlam və gümrah yaşayır.

Möcüzəli yaşıl çay

Yaşıl çay qaraciyər yağlanmasının qarşısını alan içkilərin siyahısında liderdir. Tərkibindəki katexin sayəsində qaraciyərdə yağ yığılmasının qarşısını alır. Yatmazdan əvvəl bir fincan yaşıl çay içməyi vərdiş halına gətirərək qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edə  bilərsiniz.

Ləzzətli resept: alma suyu

Qaraciyəri qorumaq istəyirsinizsə, öd kisəsinin də qeydinə qalmalısınız. Öd kisəsi daşlarını əritmək, qara ciyəri infeksiyalardan qorumaq və təbii detoks üçün alma suyu için. Almanın tərkibində olan turşular öd kisəsi və qaraciyər üçün olduqca faydalıdır. Təbii alma suyunu eyni dərəcədə limon suyu ilə qarışdırıb ləzzətli içki hazırlaya bilərsiniz.

Özü acı, faydası şirin: qreypfrut şirəsi

Qış aylarında bütün mağazalarda asanlıqla tapılan qreypfrut qaraciyərin ən sədaqətli dostudur. Qreypfrut suyuna: sarımsaq, zəncəfil kökü, limon, zeytun yağı əlavə edərək həm ləzzətli, həm də çox sağlam içki hazırlayın. Bu içki qaraciyəri təmizləyir, limfa sistemini möhkəmləndirir.

Min bir dərdin dərmanı: qarağat şirəsi

Qarağat tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində əsl sağlamlıq anbarıdır. Bu bitki qaraciyəri təmizləyir, immunitet sistemini gücləndirir. Qarağatı, kərəviz sapını, kiçik xiyarı, qırmızı alma və yaşıl armudu blenderdə yaxşıca qarışdırın. Bu möcüzəli içkini 5 gün ərzində mütəmadi olaraq için. Qaraciyəri təmizləyən bu içkini hər gün təzə hazırlamaq faydalıdır.

Qızıldan qiymətli: yerkökü suyu

Yerkökünün tərkibindəki A, B, C vitaminləri, kalsium, fosfor və kalium qaraciyəri zərərli maddələrdən təmizləyir. Yerkökü, xiyar və kərəviz sapını mikserdə qarışdırın. Bu içkini hazırlayan kimi için, çox saxlamaq olmaz.

Publika.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика