Bütün günü evdə oturmaq xəstəliklər yaradır - Psixoloq

Özünə, evə qapalı insan, bütün günü evdə qalan şəxs bir sıra fiziki və psixi xəstəliklərlə üz-üzə qala bilər.

Psixoloq Eduard Movlutov bu barədə danışıb.

"Daim qapalı ev şəraitində qalmaq, otaqdan çıxmamaq beynin oksigen aclığına səbəb olur, nəticədə müxtəlif psixi pozulmalar, beyin qan dövranı, sinir xəstəlikləri yaranır.

Bunlara depressiya, yorğunluq, təşviş, ağlamaq, əhvalın dəyişməsi, yuxusuzluq aiddir.

Ətraf aləm və insanlarla ünsiyyət şəxsiyyətin inkişafı üçün vacibdir.


Qapalı yerdə şəxsiyyətin pozulması baş verir.

İnsan reallıqla əlaqəni itirə biər, ona vaxtı, zamanı hiss etməməmək kimi hiss gələ bilər.

Eləcə də D vitamini kəskin düşür, bu da müxtəlif xəstəliklərə səbəb olur.

Xüsusən hamilələr evdə çox qalmamalıdır.

Belə adamlar işləməsələr belə gündə 2 saat gəzməlidir.

Açıq havada olmaq beynin oksugenlə təminatını yaxşılaşdırır, bu da təşviş və depressiya ilə mübarizədə kömək edir"./medicina.az



 

 

.