Menstrual dövrülüyün pozulması səbəbləri

Hormonal çatışmazlıq, ginekoloji, virus xəstəlikləri və adi stress qadınlarda menstrul dövrülüyün pozulmasına səbəb ola bilər.

Bu barədə “Lenta.ru”ya “Budu” onlayn səhiyyə xidmətinin baş həkiminin müavini Yelena Zyablova deyib. O vurğulayıb ki, məhz payız aylarında xəstəliklərin kəskinləşməsi müşahidə olunur.

“Mama-ginekoloqlar dövrülüyün dəyişməsini payızın gəlişini ilə əlaqələndirmirlər. Mövsüm dəyişikliyinin bununla heç bir əlaqəsi yoxdur. Amma soyuq havaların başlaması ilə bağlı stress, qidalanma və digər amillər təsir edə bilər", - həkim izah edib.

Onun sözlərinə görə, 14 və ya daha çox gün gecikmə, ayda iki dəfə menstruasiya və ya digər oxşar dəyişikliklər dövrülüyün pozulmasının simptomları ola bilər. Həkim bu halda dərhal klinikaya getməyi məsləhət görüb. Zyablova əlavə edib ki, sağlamlıq problemlərinin qarşısını almaq üçün menyunu tarazlaşdırmaq, kifayət qədər istirahət etmək, ağır stresdən qaçmaq, sağlam həyat tərzi keçirmək və ginekoloji xəstəlikləri vaxtında müalicə etmək lazımdır./publika.az




 

 

.