40 yaşdan sonra hər bir qadını gözləyən TƏHLÜKƏ

0 yaşdan yuxarı qadınlarda bir sıra xəstəliklər müalicə edilmədikdə, vəziyyət kritik həddə çata bilər.

Bu sözləri terapevt, endokrinoloq, kardioloq, tibb elmləri namizədi, Avropa Kardiologiya və Endokrinologiya Cəmiyyətinin üzvü Aleksey Jito deyib.

Həkimin sözlərinə görə, belə qadınlarda öd daşı xəstəliyinə - öd kisəsinin daxilində daş və öd turşularının çökmə riski artır. Xəstəlik hamilə qadınlarda, sarışın və artıq çəkili xanımlarda da baş verə bilər.

Daşlar xroniki xolesistitə, yəni kanalların çoxsaylı tıxanması ilə iltihaba səbəb ola bilər. Bu, biliyar kolikaya, hətta xroniki pankreatitə səbəb ola bilər.

Ekspert xəbərdarlıq edib ki, xəstəlikdən qorunmaq üçün vaxtında öd kisəsinin ultrasəs müayinəsindən keçmək lazımdır. Onun sözlərinə görə, problem “qum adlanan mərhələsində” müəyyən edilərsə, bunun qarşısını almaq asandır.


Kardioloq onu da bildirib ki, 40 yaşdan sonra hormonal fon çox kəskin şəkildə dəyişir, 50-yə yaxın isə bu dəyişiklik daha da sürətlənir.

Bir çox insan hər zamankı rasiona sadiq qalsa belə, kökəlməyə başlayır: çəkir artır və arıqlamaq getdikcə çətinləşir.

Bədən çəkisinin problem yaratmaması üçün həkim endokrinoloqla əlaqə saxlamağı, lazımi və hərtərəfli hormonal müayinədən keçməyi məsləhət görür.

Bir çox qadının sözlərinə görə, əvvəllər qan təzyiqi onlarda aşağı olsa da, 40 yaşdan sonra tədricən yüksəlməsi müşahidə olunur. Bunun fonunda baş ağrıları da baş verir, hətta insult və infarkt riski də artır.

Ağır nəticələrin qarşısını almaq üçün Jito kardioloq və terapevtə baş çəkməyi və onların təyin etdiyi müalicəyə əməl etməyi tövsiyə edib./publika.az



 

 

.