Herpesin yaranma səbəbləri və müalicə yolları

Havaların soyuması ilə herpes və itdirsəyi kimi xoşagəlməz hallara daha tez-tez rast gəlinir.

Bu barədə rusiyalı həkim Oleq Abakumov “Vesti Podmoskovye” nəşrinə müsahibəsində danışıb və onlardan tez və effektiv şəkildə qurtulmağın yollarını izah edib.

“Əgər uçuq çıxıbsa, onda yalnız bir neçə variant var, bunlardan birincisi və ən sadəsi odur ki, xəstəliyin öz-özünə keçməsini gözləyin və yaraya məlhəm çəkin. İkinci halda herpes bakteriya ilə yoluxubsa, dərmansız öhdəsindən gəlmək mümkün deyil, antibiotiklərə müraciət etməli olacaqsınız. Üçüncü və ən çətin seçim: herpes təkrarlanır və bütün bədənə yayılırsa, bu vəziyyətdə bütöv bir müalicə kursu lazımdır. Başqa bir versiya da odur ki, orqanizm zəifləyəndə digər bir virus bizə və uşaqlarımıza yapışır. Buna itdirsəyi deyilir. Gözün bu iltihabı qızartı və qaşınma ilə müşayiət olunur”, - Abakumov əlavə edib.

Lakin həkim bu xəstəliyin heç də qorxulu olmadığını və bir neçə gün ərzində öz-özünə keçə biləcəyini vurğulayıb. Bununla belə fəsadlar da var. Məsələn, irin yumşaq toxumalara axa bilər ki, bu da risklidir.

“İmmuniteti gücləndirməyə indi başlayın və virusları düzgün müalicə edin”, - həkim yekunda bildirib./publika.az




 

 

.