Yeni anaların ən çox verdiyi 5 SUAL - HƏKİM CAVABLARI

Yeni ana olmuş qadınların uşaqlarla bağlı bir çox sualları olur. Lakin onlardan bəziləri əksər valideynlərin ortaq problemidir.

Türkiyəli pediatrlar valideynlərin ən çox narahat edən 5 suala cavab veriblər.

-Körpə qorumasız günəş şüaları altında gəzintiyə çıxarıla bilərmi?

-Günəş şüalarının daha az olduğu səhər və günortadan sonra papaq və ya çətir ilə körpələri gəzməyə çıxarmaq olar.

-Uşağımın gözü çəpdir?


-Körpələrin gözlərinin çəpləşməsi fizioloji haldır və normal sayılır. Ancaq 3 ayını tamamlayan körpədə çəplik müşahidə edilərsə, mütləq göz həkimi müayinəsinə aparılmalıdır.

-Uşaqlı evdə siqaret çəkilməsi nə qədər doğrudur?

-Təbii ki, bu zərərlidir. Yalnız yaxınlığında deyil, eyni ortamda çəkilməsi belə yalnış addımdır. Bu birbaşa körpənin tənəffüs yollarında problemin yaranmasına səbəb olur.

-Qulaqlarını necə təmizləməliyəm?

-Qulaq dəliyinin sadəcə görünən qismini təmizləmək kifayətdir. Dərinliyə qulaq çöpü salmaq yalnış addımdır.

-Uşağı qat-qat geyindirmək düzgün hərəkətdirmi?

-Təbii ki, xeyr. Hava şəraitinə görə təmiz, pambıq, hava keçirə bilən geyimlərdən istifadə etmək lazımdır./medicina.az



 

 

.