Ayaqlarında şişkinlik, qızartı olanlar oxusun

Günəşli, isti havalarda daha açıq ayaqqabılar geyinmək məsləhətdir. Lakin ayaqlarınızda hər hansı səbəbdən şişkinlik, qızartı və ya ləkələr varsa, bunu etmək istəməyə bilərsiniz.

Amma bu, dərinin daha da pis vəziyyətə düşməsinə səbəb olacaqdır.

Ayaqları daha hamar və yumşaq edən resepti təqdim edirik.

Əvvəlcə qeyd edək ki, zəncəfilin iltihabı aradan qaldıran və ağrı kəsici xüsusiyyəti var.

Onu zeytun yağı ilə birləşdirildikdə isə şişkinliyi də aradan qaldırmaq mükündür.


Tərkibi:

100 q təzə zəncəfil

1 stəkan zeytun yağı

Hazırlanma qaydası:

Zəncəfilin qabığını soyub bir neçə yerə bölün. Onu tavada zeytun yağı ilə birgə 30 dəqiqə qızdırın. Bu zaman yağ qaynanamamalı, sadəcə ilıq olmalıdır.

Daha sonra qarışımı bir gecə soyuması üçün kənara qoyun. Səhər həmin yağı ayaqlarınıza çəkərək masaj edin. Müntəzəm olaraq bu üsuldan istifadə etmək ayaqlarda olan problemləri aradan qaldıracaqdır./axsam.az



 

 

.