Maye sabunlar dırnaqların qırılmasına səbəb olur - MÜTLƏQ OXUYUN!

Maye sabunların dırnaqların qırılmasına səbəb olduğunu bilirdinizmi? Dırnaqların qırılmasına səbəb olan amillərdən biri də maye sabunlardır.

Dermatologiya Mütəxəssisi Dr. Serpil Özyılmaz dırnaqların qırılmasının bir çox səbəbinin olduğunu ifadə edərək, bunun bəzən ciddi sağlamlıq problemlərinə işarə etdiyi barədə xəbərdarlıq edib.

Əlcəklərdən istifadə etməyə diqqət edin

Dırnaq qırılmalarının ən çox vitamin və mineral çatışmazlığından qaynaqlandığını ifadə edən Dr. Serpil Özyılmaz dəmir, sink, kalsium, maqnezium və A və D vitamini çatışmazlığının dırnaqların qırılmasına səbəb olduğunu ifadə edərək, “Sağlam dırnaqlar çəhrayı rəngdə, şəffaf və hamar görünüşə malikdir. Xüsusilə qış aylarında havaların soyuqluğundan asılı olaraq əllər daha tez quruyur və dırnaqlar daha həssas ola bilir. Burada alınacaq ən mühüm tədbir hər əl yumadan sonra nəmləndirici kremdən istifadə etmək, soyuq havaya çıxarkən nəmləndirici sürtmək və əlcək taxmaqdır” dedi.

Allergiya meyilliyiniz varsa -

Qışda soyuq havalarda çox soyuq su ilə təmasda olmamağa çalışın, məişət təmizliyində istifadə olunan yuyucu vasitələrin dırnaqlarla birbaşa təmasının qarşısını almaq üçün əlcəklərdən də istifadə edə bilərsiniz. Əgər allergen təbiətiniz varsa əlcəkləri seçə bilərsiniz. Dırnaq boyası və asetonun tez-tez istifadəsi də dırnaqların zədələnməsinə səbəb ola bilər.

Evdarliq.Az



 

 

.