Gündəlik pedləri belə istifadə ETMƏYİN – çox təhlükəlidir!

Gündəlik ped istifadəsinin zərərləri? Gündəlik ped necə istifadə edilməlidir?

Mütəxəssislər xəbərdarlıq edir! Qadınların adətən vaginal axıntı üçün istifadə etdikləri və demək olar ki, bütün qadınların yanlarında saxladıqları gündəlik pedlər təhlükəlidir! Əksər qadınların xəbərsiz olduğu bu vəziyyət ciddi problemlərə yol aça bilər. Gündəlik pedlər bakterial infeksiyalara səbəb olur. Beləliklə, gündəlik ped istifadəsinin bilinməyən zərərləri nələrdir? Ginekologiya və Doğum Mütəxəssisi Gökçen Ərdoğandan gündəlik pedlərdən istifadə ilə bağlı bilmək lazım olanları öyrəndik.

Göbələyə səbəb olur!

Gündəlik pedlər adətən tez-tez axıntısı olan və alt paltarı daim nəm olan qadınlar üçün böyük rahatlıq təmin edir. Lakin onların əvəzinə axıntının səbəbini araşdırıb müalicə etmək daha tövsiyə edilir, çünki pedlər davamlı istifadə edildikdə göbələyə səbəb olur.

Tez-tez dəyişdirilməlidir

Hər 1-2 saatdan bir dəyişdirilməlidir. Bundan əlavə, kəskin qoxu verən aromalı pedlərdən qaçınmaq lazımdır. Gündəlik pedlər istifadə edənlərdə göbələk infeksiyası tez-tez rast gəlinir, xüsusən mikrobların pedin səthindəki sürtünmə səbəbindən yerləşməsi asan olacağı üçün.

Alt paltarınızı daha tez-tez dəyişməyə üstünlük verin

Pedlər əvəzinə tez-tez dəyişdirilən alt paltarının daha sağlam olduğunu deyir həkimlər. Və ya ən pis halda hər gün istifadə edirsinizsə çütləq 100% pambıq olan pedlərə üstünlük verin.

Evdarliq.Az



 

 

.