Qarın ağrısının ağır fəsadları – BUNLARA DİQQƏT EDİN!

Yay aylarında artan və bir çox insanın tez-tez şikayət etdiyi sağlamlıq problemlərindən biridir.

Qarın ağrısının qida zəhərlənməsinin simptomu ola bilər. Qida zəhərlənməsi yaşadığınızı anlaya bilmək üçün diqqətə alınması lazım olan simptomlar və qidalar üçün Liv Hospital Gastroenterologiya Mütəxəssisi Prof. Dr. Binnur Şimşəkdən əhəmiyyətli xəbərdarlıqlar!

Yay aylarında qida zəhərlənməsi riski artır. Mikroorqanizmlər isti havalarda çox daha asan və qısa müddətdə çoxala bilirlər. Mikroorqanizmlərin sayı artdıqca xəstəliyin sürəti və təsiri də artır.

Qida zəhərlənməsinin əlamətləri hansılardır?

Qida zəhərlənməsi adətən yüngül, lakin ölümcül ola bilən ümumi bir xəstəlikdir. Bu, mikroorqanizmlərlə (bakteriyalar, viruslar və ya parazitlər kimi) və toksinlərlə çirklənmiş qida və ya içkilərin istehlakı nəticəsində yaranır. Qida və ya içkinin çirklənmiş olub olmadığını demək çətindir, çünki görünüş, qoxu və dadda heç bir dəyişiklik baş verməmiş ola bilər. Bundan əlavə, qidanın hər nöqtəsində eyni miqdarda toksin və ya mikroorqanizm tapılmaya bilər və buna görə də eyni qidadan istifadə edən hər insanda zəhərlənmə əlamətləri eyni səviyyədə olmaya bilər. Kliniki əlamətlər halsızlıq, qarın ağrısı, ishal, qusma və qızdırmadır; adətən 1-3 gün çəkir və insanların çoxu bir həftə ərzində tam sağalır. Daha nadir hallarda qanlı ishal, əzələ ağrısı, aşağı qan təzyiqi və nevroloji nəticələrə səbəb ola bilər.


Çiy və az bişmiş qidalardan ehtiyatlı olun!

 

Yaxşı bişirilməyən və ya çiy istehlak edilən ət və ət yeməkləri də bir çox parazitar infeksiyaların (bağırsaq qurdları, amöb dizenteriyası) inkişafı üçün risk daşıyır. Daha nadir olsa da, hepatit A virusuna yoluxmuş insanlar xəstəlik görünməzdən əvvəl zəif yuyulmuş əllərlə qidalara keçirə bilər.

Qida zəhərlənməsindən qorunmaq üçün nələrə diqqət edilməlidir?

- Qidaları etibarlı yerlərdən almağa diqqət yetirilməlidir. Xüsusilə yay aylarında çöldə və açıq yerdə satılan qidaların istehlakından qaçınılmalıdır.

- Hər növ qida məhsullarını alarkən etiket məlumatları oxunmalı, istehsal, son istifadə tarixi və saxlama şərtlərinə əməl edilməlidir.

- Pasterizə olunmamış süd və süd məhsullarından heç vaxt istifadə edilməməlidir.

- Qırılmış, çatlamış və nəcislə çirklənmiş yumurtalar alınmamalı, yumurtalar istifadədən dərhal əvvəl yuyulmalıdır.

-Konservlər alarkən yuxarı və alt qapağı şişmiş, qutuları zədələnmiş, qapaqları boşalmış və son istifadə müddəti keçmişlər alınmamalıdır.

- İçməli suyun etibarlı mənbələrdən alınmasına diqqət yetirilməli, etibarlılığına əmin deyilsə, qaynadıqdan sonra içilməlidir.

Tərəvəz və meyvələr yaxşıca yuyulduqdan sonra istehlak edilməlidir.

- Qırmızı ət, toyuq, balıq, süd və onun məhsulları kimi tez xarab olan riskli qidalar uyğun vaxt və temperaturda bişirilməli, bişmiş yeməklər otaq temperaturunda 1 saatdan çox saxlanılmamalıdır.

Bişirildikdən dərhal sonra istehlak edilməyəcək qidalar tez soyudulmalı və yenidən təqdim olunana qədər soyuducuda saxlanmalıdır.

- Çiy ət, yumurta, quş əti kimi qidalar hazırlandıqdan sonra əllər yaxşıca yuyulmalı, bu cür riskli qidalar və bişirilmədən istehlak ediləcək tərəvəz və meyvələr hazırlanarkən ayrıca doğrama taxtası və bıçaqlardan istifadə edilməlidir.

-Taxıl və paxlalılar kimi quru qidalar quru yerdə 15°C ilə -20°C arasında temperaturda saxlanmalıdır.

Evdarliq.Az



 

 

.