Uşaqlıq yolu xərçəngi riskini artırır - Araştırma

Araşdırma: Artıq çəki uşaqlıq xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Böyük Britaniya Xərçəng Araşdırmaları Fondu (CRUK) tərəfindən maliyyələşdirilən və 7 ölkədən 120.000 qadının iştirak etdiyi araşdırma, artıq çəkinin uşaqlıq yolu xərçəngi riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya çıxarıb. Araşdırmaya görə, boyu 1,65 m olan qadın sağlam çəkidən 12 kiloqram artıq olarsa, uşaqlıq yolu xərçəngi riski demək olar ki, iki dəfə artır.

CRUK, sağlam bir çəkinin 13 fərqli xərçəng riskini azalda biləcəyinə diqqət çəkdi.

Xərçəng üçün digər risk faktorlarına genlər və hormonlar daxildir.

Bəs hansı çəki normal və sağlam sayılır? Bunu bilmək üçün Bədən Kütlə İndeksini hesablamaq lazımdır.


Bədən Kütləvi İndeksi necə hesablanır?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə (NHS) görə, sağlam çəki üçün Bədən Kütləvi İndeksi (BMI) 18,5 ilə 24,9 arasında olmalıdır.

Bədən Kütləsi İndeksi aşağıdakı düstura görə hesablanır: Boyun kvadratı kiloqram/metr (kq/m2)

(Tez hesablama üçün Səhiyyə Nazirliyinin saytından istifadə edə bilərsiniz)

Məsələn, əgər sizin çəkiniz 65 kq, boyunuz isə 1,68 m-dirsə, o zaman BKI = 65/1,68x1,68, yəni 65/2,8224 = 23,0 bədən kütləsi indeksi ilə sağlam kateqoriyadasınız.

BKİ kateqoriyaları:

18,5-dən az: Zəif

18.5-24.9: Sağlam

25-29.9: Kök

30-39,9: Obez

40-dan yuxarı: həddindən artıq piylənmə.

Evdarliq.Az



 

 

.