Ramazan ayında bunlara diqqət etmək önəmlidir

Oruc tutduqda nəzərə almadığımız bəzi məsələlər sağlamlığımıza mənfi təsir göstərə bilər.

Ramazan ayında orucluq müddəti uzandıqca iftar və sahurda istehlak ediləcək qidaların miqdarında və çeşidində artım ola bilər.

Xüsusilə bütün gün ac qaldıqdan sonra qeyri-sağlam və balanssız bir qidalanmaq orqanizmdə bəzi problemlərə səbəb ola bilər. Təəssüf ki, bir çox insanlar oruc tutarkən doğru bildikləri səhvlər üzündən sağlamlıqlarını təhlükəyə ata bilərlər. Bu səbəbdən iftar və sahur süfrələrini hazırlayarkən məlum səhvləri dərk edib planlaşdırmaq lazımdır ki, qida çatışmazlığı olmasın.

Bəs, bu məlum yanlış təsəvvürlər hansılardır? İftar və sahur süfrələri necə qurulmalıdır? Həm oruc tutmaq, həm də sağlam qalmaq üçün nə etmək lazımdır?

Qidalanma və Pəhriz Mütəxəssisi Dyt. Dəniz Şafak sağlam şəkildə oruc tutmaq üçün bilinməsi lazım olanları izah edir.

Ramazan ayında da digər dövrlərdə olduğu kimi qidalanmaya da fikir verilməlidir. İstehlak edilən qidaların vitaminlər, minerallar, zülallar, karbohidratlar və yağlar baxımından balanslı olmasına diqqət yetirilməlidir.

Gündüz dincələn həzm sisteminə axşam iftar vaxtından sonra çox yükləmək düzgün deyil. Bütün bu vəziyyətlərə əsaslanaraq, bəzi məlum səhvləri dəyişdirmək lazımdır. Yalnız bu şəkildə bədənin sağlamlığını qorumaq olar.

Iftar zamanı şorba içmək, mövsüm tərəvəzləri yemək önəmlidir. Və bunun tam əksi olaraq şəkər və mineral sular içməkdən çəkinmək tövsiyə olunur. Mədə və həzm sistemini gün boyu ac qaldıqdan sonra yormamaq üçün çox yağlı, qızarmış qidalar əvəzinə daha yüngül, sobada hazırlanan qidalara üstünlük vermək lazımdır. İmsak zamanı şəkərli içkilər əvəzinə bol su içməniz tövsiyyə olunur.

Allah orucunuzu və bütün niyyətlərinizi qəbul etsin!

Evdarliq.Az

 



 

 

.