Arıqladan zərdəçal RESEPTLƏRİ. Bir aya -7 kilo

Əgər arıqlamaq qərarına gəldinizsə və sizə kömək edəcək təbii həllər axtarırsınızsa, zerdeçal haqqında bilməlisiniz.

Zerdeçal dünyanın bir çox yerində, xüsusən də Asiya mətbəxində istifadə edilən ədviyyatdır.

Zerdeçal arıqladırmı?

Arıqlama prosesi gün ərzində qəbul edilən kaloridən və onun nə qədərinin yandırılmasından asılı olan bir prosesdir. Bir insanın gündə 2000 kalori ehtiyacı varsa, ondan artıq çəki artımına səbəb olur. Əgər insan 2000 kaloridən az yeyərsə, arıqlamağa başlayacaq. Çünki bədən ehtiyac duyduğu kaloriləri yığılmış yağlardan və şəkərlərdən istifadə edəcək. Zerdeçalın kilo verməyə kömək edən ilk təsiri burada ortaya çıxır. Zəngin tərkibə malik olan zerdeçal maddələr mübadiləsini sürətləndirir və yağ yandırma prosesini asanlaşdırır.

Zerdeçalın arıqlamağa başqa bir təsiri də tərkibindəki antioksidanlardır. Bədən çəki itirərkən yandırılan yağlar orqanizmdə zəhərli maddələrin yığılmasına səbəb ola bilər. Bu səbəblə arıqlamaq məqsədi ilə hazırlanan qidalanma siyahılarında antioksidant qidalar mütləq yer alır. Zerdeçal, tərkibindəki curcumin aktiv maddəsi sayəsində yüksək antioksidant təsirə malikdir. Bu, bədəndən toksinləri tez bir zamanda çıxararaq arıqlamağa kömək edir.

Arıqlamaq üçün zerdeçal qarışığı reseptləri:

Zerdeçalın insan sağlamlığı və bədən üçün olan bütün faydalarından faydalanmaq üçün onu müxtəlif yollarla qəbul edə bilərsiniz. Yeməklərdə və ya şorbalarda ədviyyat olaraq istifadə edə bilərsiniz və ya xüsusi qarışıqlarla da istehlak edə bilərsiniz.

Zerdeçal Qatıq Qarışığı


1 kasa qatıq

1 çay qaşığı zerdeçal

1 çay qaşığı darçın

2 xörək qaşığı zeytun yağı

Hazırlanması: Bütün inqrediyentləri qarışdırmaq kifayət edəcək. Bu qarışığı səhərlər ac qarına və ya qəlyanaltı olaraq qəbul edə bilərsiniz. Bu qarışığın daha təsirli olması üçün onu müntəzəm olaraq istehlak etmək faydalıdır.

Limon və Zerdeçal Qarışığı

1 çay qaşığı zerdeçal

Yarım limonun suyu

Hazırlanması: 1 stəkan qaynar suya zerdeçal və limon suyunu əlavə edib qarışdırın. 1 həftə ərzində hər gün ən az 1 stəkan qəbul edin. Arıqlamaqda daha təsirli olması üçün səhərlər ac qarına içə bilərsiniz.

Sarımsaq zerdeçal qarışığı

Yarım çay qaşığı əzilmiş sarımsaq

1 xörək qaşığı limon suyu

1 çay qaşığı su

1 çay qaşığı zerdeçal

Hazırlanması: Su və limon suyunu qarışdırdıqdan sonra üzərinə zerdeçal və sarımsağı əlavə edib qarışdırın. Bir müddət gözlədikdən sonra içə bilərsiniz. İstəsəniz zəncəfil əlavə edə bilərsiniz.

Evdarliq.Az