Artıq çəkidən azad edən DETOKS İÇKİ!

Artıq çəki yaradan dəri altı yağları yandıran içkilərin çoxu mətbəxdə hər zaman əlimizin altında olan və yaxşı tanıdığımız meyvə və tərəvəzlərdən istifadə edərək asanlıqla hazırlana bilər.


Artıq çəkidən qurtulmaq üçün ən önəmli qayda davamlılıq və kompleks yanaşmadır: müntəzəm idman, sağlam qidalanma və yaxşı yuxu. Bir sıra faydalı xüsusiyyətlərə malik olan yağ yandıran içkilər, təsiri mükəmməl şəkildə yaxşılaşdırmağa kömək edir:


- Çox miqdarda vitamin, kilo verməyə kömək edən faydalı  elementlərlə zəngindir;

- Yağ yandıran içkilər organizmi qidalandırır və iştahı azaldaraq daha az qida qəbul etməyimizi təmin edir;

- Və nəhayət detoks içkilər çox dadlıdırlar.

Detoks çaylardan birini sizə təqdim edirik:

Zəncəfil çayı


Tərkibi: zəncəfil kökü, limon və su.

- Təzə zəncəfil kökünü soyun, rende və ya bıçaqla doğrayın.

- 1 çay qaşığı doğranmış zəncəfil 1 litr qaynar su tökün,

- Aşağı istilikdə 6 dəqiqə bişirin.

- Limon suyu əlavə edin.

Zəncəfil çayı adi çay paketləri və ya bitki çayı yerinə və ya qəhvənin əvəzi olaraq içilə bilər.

Gündə iki dəfə istifadə edərək artıq yağlardan azad ola bilərsiniz.

Evdarlıq.az



 

 

.