Tutqun, parıltısı olmayan saçlar pis və baxımsız görünür. Saçlara parlaqlıq qaytarmaq üçün bu kimi tövsiyələrdən istifadə edə bilərsiniz:
- Yaxşı qidalanın. Bu saçların və dərinin sağlamlığı və gözəlliyi üçün ən vacib amillərdən biridir. Qidalanmanızda daim kərə yağı, ət, süd məhsulları olmalıdır.
- Saçlarınızı yuduqdan əvvəl baş dərisini massaj edin. Bu qan dövranını yaxşılaşdırır və baş dərisinin və saçların qidalanmasını yaxşılaşdırır.
- Həftədə 1 dəfə saçlarınızı yumurta ilə yuyun. 1-2 yumurtanı (saçların uzunluğundan asılı olaraq) 1 xörək qaşığı soyuq su ilə yaxşı çalın və bu qarışığı saçlara çəkin. 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yaxşı yaxalayın.
- Saçları yuduqdan sonra sirkə əlavə edilmiş su ilə yaxalayın. 2 l suya 2 xörək qaşığı alma və ya üzüm sirkəsini tökün və saçlarınızı bu suda yaxalayın.
- Çobanyastığı dəmləməsi də saçlara parlaqlıq verir. 2 xörək qaşığı çobanyastığı 1/2 l qaynar suda 20 dəqiqə ərzində dəmləyin, yaxşı süzün, üzərinə 1/2 su əlavə edin və bu suda saçlarınızı yaxalayın.
- Təzə dəmlənmiş çayın istifadəsi də yaxşı kömək edir. 2 xörək qaşığı quru çayın üzərinə 1 l qaynar su əlavə edin, 2-3 dəqiqə ərzində qaynadın, süzün və saçlarınızı yuduqdan sonra yaxalayın. Çay ilıq olmalıdır.
- 1 l suda 1 xörək qaşığı limon duzunu həll edin və saçlarınızı yuduqdan sonra yaxalayın.
Evdarliq.Az