Qara nöqtələri yox edən SADƏ MASKALAR

Cavan, dərisi yağlı olan qadınların üz dərisində tez-tez qara nöqtələr (komedonlar) əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür.

Bu probleni həll etmək üçün sizə 2 sadə maskanı təqdim edirik.

Maskaları istifadə etdikdən əvvəl dərinizi buxara verin (su çox isti olmamalıdır). Çobanyastığı, kalendula, adaçayı dəmləmələrdən istifadə edə bilərsiniz.

Maska 1

Diş tozu (apteklərdə satılır) 3%-li hidrogen peroksidlə ("perekis") qarışdırılır (sıyıq qatılığında alınmalıdır) və üz dərisinə çəkilir. Dəriyə yüngül massaj edin və 10  dəqiqədən sonra maskanı ilıq su ilə yuyub tonik və ya losyonla silin.

Maska 2

2 çay qaşığı üz qırxmaq üçün köpük, 1 çay qaşığı narın duz, 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı 3 %-li hidrogen peroksid qarışdırılır və üz dərisinə çəkilir. Dərinizi massaj edin və maskanı 10 dəqiqədən sonra ilıq su ilə yuyub dərinizi losyonla silin.

Bu maskalar dərini yaxşı təmizləyir və ağardır.

Evdarliq.Az


Загрузка...
. .