Yaz bərpaedici maskaları. Dərimizi gözəlləşdirək!

Yazda hər bir qadın gözəl olmaq istəyir. Qış ərzində soyuq hava, külək, isitmə sistemlərinin təsiri nəticəsində dərimizin vəziyyəti xeyli pisləşir.

Soyuq fəsillərdə qidalanmada vitaminlərin və mineralların az olması da dəriyə mənfi təsir edir.

Dərinin vəziyyətini yaxşılaşdırmaq, dərini daha sağlam və gözəl etmək üçün ev şəraitində bərpaedici maskalardan istifadə edin.

1. 1/2 stəkan südə 1 ç.q. maya əlavə edirik və isti yerdə saxlayırıq. 20 dəqiqədən sonra maskaya çalınmış yumurta sarısı və 1 xörək qaşığı düyü unu (hazır alın və ya düyünü üyüdün) əlavə edin, qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Maska həm yağlı, həm də quru dəri üçün uyğun gəlir.

2. 1 xörək qaşığı xama, 1 çay qaşığı zeytun və 1 çay qaşığı gənəgərçək yağı qarışdırılır, təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra yuyulur və qidalandırıcı krem çəkilir. Bu maska quru dəri üçün uyğundur.

3. 1 xörək qaşığı göy kosmetik gil (apteklərdə satılır) su ilə (yağlı dəri zamanı) və ya duru xama ilə (quru dəri zamanı) qarışdırılır (sıyıq kimi alınmalıdır), 2 kapsul aevit (apteklərdə satılır) və 1 çay qaşığı bal əlavə olunur, yaxşı qarışdırılır, təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra ilıq su ilə yuyulur.  

4. 2 xörək qaşığı xama 1 çay qaşığı duzla qarışdırılır, 1 çay qaşığı limon şirəsi əlavə olunur, qarışdırılır. Maska təmiz üz dərisiə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, qidalandırıcı krem çəkilir. Maska quru dəri üçün nəzərdə tutulub.

Evdarliq.Az  


.