Kosmetologiya

Dərinin gözəlliyi üçün ZEYTUN YAĞI maskaları

Bir çox kosmetoloqlar zeytun yağını dəri üçün ən faydalı hesab edir.

Onların fikirinə görə zeytun yağı dəriyə ən bahalı kremlərdən də yaxşı təsir edir. Kosmetoloqlar qidalandırıcı kremlərin əvəzinə zeytun yağını istifadə etməyi tövsiyə edirlər. "Cavanlıq vitamini" olan E vitamini ilə zəngin olan zeytun yağı dəridə gedən qocalma prosesləri ləngidir.

Yaxşı bahalı zeytun yağı əsasında hazırlalan maskalar dəriyə çox müsbət təsir edir - cavanlaşdırır, kiçik qırışıları yox edir, nəmləndirir, qoruyur, daha hamar və sağlam edir, parlaqlıq verir.

Sizə zeytun yağı əsasında effektli kosmetik maskalar təqdim edirik.

1. 2 xörək qaşığı zeytun yağı 1 xörək qaşığı limon şirəsi və 2 xörək qaşığı yulaf yarması unu ilə yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanın qalıqlarını ilıq suda isladılmış tamponla silin.   

2. 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı bal, 1 yumurtanın sarısı, 1 xörək qaşığı düyü unu ilə (hazır düyü unundan istifadə edin və ya düyünü üyüdün) yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxladıqdan sonra ilıq suda isladılmış tamponla ehtiyatla silin.

3. 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı gənəgərçək yağı və 1 xörək qaşığı küncüt yağını qarışdırın və su hamamında qızdırın (ilıq olmalıdır). Pambıq parçadan gözlər və ağız üçün dəliklər kəsilmiş maska kəsin.

Üzünüzə ilıq suda isladılmış dəsmal qoyun (kompres) və 5 dəqiqə saxlayın. Daha sonra maskanı yağların qarışığında yaxşı isladıb üz dərisinə qoyun. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

Belə maskaları həftədə 2-3 dəfə etmək olar.   

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика