Kosmetologiya

Ev şəraitində kosmetik maskaların istifadəsi. Əsas qaydalar

Üz dərisindəki bir çox problemləri aradan qaldırmaq üçün kosmetik üz maskalarından istifadə edilməsi məsləhət görülür.

Üz üçün kosmetik maska seçərkən hazırkı anda dərinizin nəyə daha çox ehtiyacı olduğunu müəyyən etmək lazımdır. İşlədilmə məqsədinə görə üz maskalarının aşağıdakı növləri ayırd edilir: təmizləyici maskalar; qabıqtökücü maskalar; ağardıcı maskalar; nəmləndirici maskalar; qidalandırıcı maskalar; cavanlaşdırıcı maskalar.

Qabıqtökücü maskaları çox tez-tez istifadə etmək olmaz. Bu, dərinin qıcıqlanmasına səbəb ola bilər. Ancaq yağlı dərilər üçün bu daha xeyirli hesab edilir. Dəri həddən artıq quru və həssasdırsa, qabıqtökücü maskalardan istifadə edilməsi, ümumiyyətlə, məsləhət görülmür! Qan damarları genişlənməyə meylli olan qadınlara da qabıqtökücü maskalardan istifadə etmək olmaz (qan dövranını stimullaşdırdığı üçün) edilməlidir.

Nəmləndirici maskalar quru dəri üçün çox zəruri hesab edilir. Qidalandırıcı maskalardan istifadə edilməsinə istənilən dəri tiplərində ehtiyac olur.

Kosmetik firmaları tərəfindən buraxılan cavanlaşdırıcı maskalardan yalnız 30 yaşından sonra istifadə etmək olar. Bu maskalar dəri hüceyrələrinin bərpa edilməsini aktivləşdirir, dərinin qocalmasını ləngidir, dəridə olan maddələr mübadiləsini bərpa edir. Belə maskaların tərkibinə vitaminlər, mikroelementlər, antioksidantlar (qocalmaya mane olan maddələr), müalicəvi otların şirələri, bəzi hallarda hormonlar, plasentar kollagen (qoyun plasentasının ekstraktı) və s. maddələr daxildir.

Kosmetika istehsal edən şirkətlər, geniş çeşiddə olmaqla, istənilən dəri tipində istifadə edilə bilən maskalar təklif edirlər. Ev şəraitində də kifayət qədər effektli  maskalar  hazırlamaq olar. Növbələşdirməklə nəmləndirici və qidalandırıcı maskaları həftədə 2-3 dəfə tətbiq etmək olar. Maskaları bundan az hallarda olmaqla istifadə etdikdə, onlardan arzu olunan effekti almaq olmur. Maskalardan daha tez-tez istifadə etdikdə isə bu, dərinin qıcıqlanmasına və zəifləməsinə səbəb ola bilər. Yaddan çıxarmaq olmaz ki, istənilən kosmetik vasitələr kimi, maskaları da sizin dərinizin tipinə uyğun olmaqla seçmək lazımdır.

Dərinizdə sızanaq və civzələr varsa, maskalardan (təmizləyici maskalardan savayı) istifadə etməyin - əvvəlcə onları müalicə edin! Üz dərisində tüklərin artıq şəkildə inkişaf etməsi və onun səthində xeyli genişlənmiş damarların olması hallarında, maskaların tətbiq edilməsi əksgöstəriş hesab edilir!

İstənilən maskanı üzə çəkməkdən qabaq dərini diqqətlə təmizləmək vacib hesab edilir. Buxar vannası, duş və skrabla təmizlənmədən sonra dəriyə sürtülmüş maskalar çox yaxşı effekt verir. İlıq və azca nəm olan dəri özünə lazım olan bütün maddələri maskanın tərkibindən ala bilir.

Maskanı dəriyə masaj xətləri üzrə çəkmək lazımdır. Maskanı dəriyə kiçik fırça, süngər (“qubka”), pambıq tampon və ya əl ilə çəkmək olar. Yadda saxlamaq lazımdır ki, dəriyə maska çəkmək üçün istifadə edilən hər bir əşya (və ya əl) mütləq təmiz və ya birdəfəlik olmalıdır!

Əgər sizin dəriniz həssasdır və siz hər hansı bir maskanı ilk dəfə olaraq tətbiq edirsinizsə, dərinizin bu maskaya olan həssaslığını yoxlayın. Bu məqsədlə az miqdarda maska kütləsini dərinizin kiçik bir hissəsinə (məsələn, qulağınızın arxasına, dirsək büküşünə) sürtün. Bir müddət keçdikdən sonra bu hissədə səpgilər, qızartı, qaşınma baş verərsa, belə maskadan imtina edin.

Üz dərisi üçün nəzərdə tutulan maskaları gözlər və dodaqlar ətraflarına, dodaqlara, qalxanvari zonasında çəkmək olmaz. Bəzən maskanı gözlər, dodaqlar və burun uçün xüsusi dəliklər açılmış tənziflərlə edirlər. Maska edərkən yumulmuş göz qapaqlarının üzərinə nazik şəkildə kəsilmiş xiyar, ot dəmləməsi, yaşıl və ya qara çayla isladılmış pampıq tamponlar qoymaq olar.

Maskaların təsir müddəti 20-30 dəqiqəyədək davam edir. Maskanı üz dərisində bundan artıq müddətdə saxladıqda o, dərinin şişkinləşməsinə, qıcıqlanmasına, dartılmasına və digər fəsadlara səbəb ola bilər. Üzün dərisinə maska çəkdikdən sonra rahat uzanın (üzün dərisi hərəkətsiz olmalıdır).

Maskanı adətən ilıq su ilə yuduqdan sonra dərinizi lasyonla və ya toniklə silərək, sonra dəri tipinizə uyğun qidalandırıcı və ya nəmləndirici (dərinizin vəziyyətindən asılı olaraq) krem çəkmək lazımdır.

Üz maskasını axşam, yatmazdan əvvəl etmək daha xeyirli hesab olunur. Əgər maska ev şəraitində hazırlanacaqsa, onu bilavasitə işlədilməsindən əvvəl hazırlamaq və tez bir zamanda da istifadə etmək məsləhət görülür.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qara nöqtələri yox edən SADƏ MASKALAR

Qara nöqtələri yox edən SADƏ…

Kosmetologiya Hits:15423

Cavan, dərisi yağlı olan qadınların üz...

Tez hazırlanan şokoladlı piroq Brauni

Tez hazırlanan şokoladlı piroq Brauni

Şirniyyat Hits:6382

Çox dadlı və ətirli şirniyyatdır.

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Dırnaqlarınız uzanmır? – Çarəsi bizdə

Kosmetologiya Hits:1094

Əllərinizə müxtəlif kremlər sürtürsünüz, amma yenə...

Kivi mürəbbəsi

Kivi mürəbbəsi

Qışa tədarük Hits:3361

Kivi qeyri-adi dada və xarici görünüşə...

Ətirli limonlu-portağallı piroq. Yarım saata hazırlanır!

Ətirli limonlu-portağallı piroq. Yarım saata…

Şirniyyat Hits:14993

Tərkib: - 1 stəkan un - yarım stəkan...

Portağallı kremlə çox dadlı rulet

Portağallı kremlə çox dadlı rulet

Şirniyyat Hits:4685

Çox dadlı və gözəl ruletdir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az