Soyuq fəsillərdə saçlarımızın vəziyyəti pisləşir - saçlar daha solğun, cansız görünür, itaətsiz olur.
Saçların gözəlliyini bərpa etmək üçün bu maskadan istifadə edin.
Resept:
1. 1çay qaşığı sirkə 1 çay qaşığı qliserinlə yaxşı qarışdırılır.
2. Yumurta çalınır, maskaya əlavə olunur.
3. 2 xörək qaşığı gənəgərçək yağı əlavə olunur, yaxşı qarışdırılır.
4. Maskanı su hamamında bir qədər qızdırın (bədən temperaturunda olmalıdır) və əvvəl saçların diblərinə, sonra isə bütün saçlara çəkin. Saçlarınızı sellofanla, sonra isə dəsmalla örtün. Maskanı 2 saat saxlayın və sonra saçları yaxşı yuyun.
5. Maskanı həftədə 2-3 dəfə etmək lazımdır. Müalicə kursu - 1 ay. Daha sonra bu maskadan həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Evdarliq.Az