Gülab dərini möhkəmləndirməklə yanaşı, onu gəncləşdirən, məsamələri daraldan, sızanaq və qara nöqtələri təmizləyən ən təsirli vasitələrdən biridir.
Üstəlik, gülabın təbii məhsul olması onu tonik və losyonlardan qat-qat güclü vasitəyə çevirir.
Ən faydalı gülab maskalarını təqdim edirik:
Dərini nəmləndirən maska
3 damcı gül yağını yarım limonun şirəsi, 5 xörək qaşığı gülab, 5 xörək qaşığı mineral su ilə qarışdırın.
Bu qarışığı bir şüşəyə doldurun. Hər səhər-axşam pambığı gülab qarışığına bulayıb dərinizə çəkin. 15 dəqiqə gözləyib üzünüzü soyuq su ilə yuyun.
Ölü dəri hüceyrələrini təmizləyən maska
1 xörək qaşığı mineral su, 1 xörək qaşığı gülab, 1 çay qaşığı türk qəhvəsi çöküntüsü ilə bir az su və zeytun yağını qarışdırın. Bu qarışıqla dərinizi 3 dəqiqə masaj edin. Daha sonra soyuq su ilə təmizləyin. Bu maskanı həftədə 1 dəfə çəkmək kifayətdir.
Publika.Az