Boyanın korladığı saçlar üçün təsirli maskalar

Mütəmadi olaraq boyadan istifadə etdikdə saçlar korlanır. Parlaqlığını itirən qırıq saçlarla isə cazibədar görünmək imkansızdır.

Aşağıdakı maskaların hər birindən 1 ay ərzində həftədə 3-4 dəfə istifadə edin.

Birinci maska:

4 xörək qaşığı jojoba yağı

2 çay qaşığı rozmarin yağı

1 çay qaşığı ətirşah çiçəyi yağı

Yağları qarışdırın və yeni yuyulmuş nəmli saçlara çəkin. 15 dəqiqə gözləyib əvvəl soyuq, sonra isə ilıq su ilə yuyun.

İkinci maska:

1 ədəd yumurtanın sarısı

2 çay qaşığı ərik yağı

5 xörək qaşığı kokos yağı

Əvvəl yumurta sarısını çırpın, üzərinə digər ərzaqları əlavə edib qarışdırın. Uclarından başlayaraq bütün saça çəkin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyub-təmizləyin.

Publika.az