Kosmetologiya

Sızanaqları yox edən 5 ən effektli təbii vasitə

Sızanaqlar ən böyük dəri problemlərindən biridir.

Sızanaqlarla mübarizə etmək üçün xalq təbabəti müxtəlif vasitələr təqdim edir. Biz bu vasitələrin arasında ən təsirli 5 vasitə seçdik.

1. Əzvay (aloe) çox təsirli sızanaqlar əleyhinə vasitədir. Bitkinin yarpaqlarını kəsin, yaxşı yuyun, tənzifə bükün və 7 gün ərzində soyuducuda saxlayın. Sonra xırdalayın, şirəsini sıxın və bu şirəni sızanaqlara çəkin. Bunu gündə hər gün, bir neçə dəfə etmək olar.

2. Bağayarpağı yaxşı yuyun, xırdalayın və şirəsini sıxın. Bu şirəni sızanaqlara çəkin. Bunu hər gün edə bilərsiniz.

3. 2 xörək qaşığı quru pivə mayasını (apteklərdə satılır) ilıq suddə əridin (qatı sıyıq kimi alınmalıdır) və ilıq şəkildə dəriyə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Belə maskanı həftədə 2 dəfə etmək olar.

4. Çay ağacı yağı sızanaqların üzərinə gündə bir neçə dəfə çəkin.

5. Yaşıl gil ilıq su ilə yaxşı qarışdırılır (qatı sıyıq kimi alınmaldır) və üz dərisinə çəkilir. Maska quruyandan sonra üzünüzü ilıq su ilə yuyun.

Nəzərinizə çatdıraq ki, əgər sızanaqlar həddən artıq çoxdursa, bu problemi yalnız kosmetoloqun köməyi ilə həll etmək mümkün olacaq.

Bundan əlavə bu hər hansı daxili xəstəliyin simptomu ola bilər. Bu halda sızanaqların müalicəsi effekt verməyəcək və ya müvəqqəti effekt verəcək. Həkimə müraciət edin və lazım olan müayinələrdən keçin.

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика