Kosmetologiya

Quru saçlar üçün çox effektli MASKALAR

Qidalandırıcı maskalar quru saçlara qulluq edilməsində xüsusi rol oynayır.

Onları başın dərisinə saçları yuduqdan əvvəl çəkirlər. Əllərin ovuclarına bir qədər maska götürüb onu yüngül hərəkətlərlə başın dərisinə çəkib massaj edin, saçın uzunluğu boyu yayın. Sonra başı sellofanla örtüb dəsmalla bürüyürlər və orta hesabla 1 saatdan sonra saçları yaxşı yuyurlar. Belə maskaları müntəzəm şəkildə, həftədə 2-3 dəfədən az olmayaraq etmək lazımdır.

- Saçların uzunluğundan asılı olaraq 1-2 yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırıb, başın dərisinə və saçlara çəkərək 1 saatdan sonra yumaq lazımdır.

- 2 xörək qaşığı gənəgərçək yağını 2 xörək qaşığı ayıpəncəsi yağı ilə qarışdırıb üzərinə quru saçlar üçün olan 1 xörək qaşığı şampun əlavə edin. 1 saat keçdikdən sonra maskanı çoxlu miqdarda ilıq su ilə şampunsuz yumaq lazımdır.

- 5 xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampunla yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək lazımdır.

- 1 yumurta sarısını 1 xörək qaşığı limon şirəsi,1 xörək qaşığı ayıpəncəsi yağı və ½ stəkan ilıq su ilə qarışdırıb saçlarınıza çəkin. 30 dəqiqədən sonra saçlarınızı yuyun.

- Lavanda və ətirşah yağları quru saçlara parıltı verir. Bu yağlarla edilən maskaları əvvəlcə ancaq dəriyə, sonra isə saçların uclarına qədər çəkirlər. 30 dəqiqə keçdikdən sonra saçları yumaq lazımdır.

- Yumurta ilə yuyulma quru və kövrək saçları zədələnmədən qoruyur və kəpəyin yox olmasına kömək edir. Bunun üçün əvvəlcədən 1 yumurtanı bir qədər su əlavə edib yaxşı çalınır. Hazırlanmış bu maskanı isladılmış saçların üzərinə çəkib başı onunla yuyurlar, sonra ilıq təmiz su ilə yaxşı yaxalayırlar.

- Başı yumazdan 1 saat əvvəl saçlara gicitkənın yağ məhlulunu sürtürlər. Bu məhlulu hazırlamaq üçün 4 xörək qaşığı xırda doğranmış quru gicitkənın üzərinə ½ stəkan zeytun yağı töküb 7 gün ərzində ağzı yaxşı bağlanmış şüşə qabda saxlayın. İstifadə edilməzdən əvvəl alınan məhlulu süzün və bir qədər qızdırın.

- Quru və ya tez-tez rənglənmə nəticəsində zəifləmiş saçları yumazdan qabaq, 10 dəqiqə ərzində başın dərisinə kətən yağı sürtməklə masaj etmək, sonra isə bu yağı saçların butun uzunluğu boyu çəkmək lazımdır. Bu zaman yağın yaxşı sorulması üçün saçları bir qədər buxara da vermək olar.

- 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı şaftalı yağını qazana töküb qarışdıra-qarışdıra su hamamında bir qədər qızdırmaq lazımdır. Bundan sonra yağların üzərinə 1 dənə yumurta və 1/3 stəkan qaynadılmış ilıq su əlavə olunur. Alınan maskanı saçlarınıza çəkin, 1 saat saxlayın və sonra yaxşı yuyun.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Göbələk salatı

Göbələk salatı

Salatlar Hits:3211

Salat çox rəngarəngi və dadlı alınır.

Uşaqlı səfər üçün 10 qayda

Uşaqlı səfər üçün 10 qayda

Münasibətlər Hits:793

Səfər və səyahət etmək müsbət təəssüratlarla...

Nar şirəsi. Faydaları və düzgün qəbulu

Nar şirəsi. Faydaları və düzgün…

Ərzaqlar Hits:2589

Nar şirəsi çox xeyirli müalicəvi məhsuldur.

Bu ucuz vasitələr paltarlarınızı ağappaq edəcək

Bu ucuz vasitələr paltarlarınızı ağappaq…

Təmizlik işləri Hits:48809

Hal hazırda paltarların ağardılması üçün əsasən...

Xiyar turşusu. Sadə resept

Xiyar turşusu. Sadə resept

Qışa tədarük Hits:35353

İnqrediyentlər  1 ədəd 3 l-lik balon...

Heyva cemi

Heyva cemi

Qışa tədarük Hits:8791

Cem çox dadlı alınır. Piroqlar, bulkalar...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az