Gözətrafı sahələr üçün maskalar. Qırışlara YOX deyin!

Gözətrafı dəri çox nazikdir, onun dərialtı piy qatı, demək olar, yoxdur.

Bu səbəbdən bu nahiyələrdə dəri çox tez qocalır və qırışır. Bunun qarşısını almaq üçün təbii maskalardan istifadə edə bilərsiniz.  Bu maskalardan həftədə 2 dəfə olmaqla istifadə edə bilərsiniz. Maskaları cavan qadınlar da istifadə edə bilər ki, gələcəkdə bu nahiyədə qırışlar daha gec əmələ gəlsin.

- Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üzərinə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.

- Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına çəkmək olar. Üzüm çəyirdəyi yağından da istifadə edə bilərsiniz.

- Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.

- 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə çəkərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.

- Badam və ya ərik yağını gözətrafı sahələrə çəkin. Yağın yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin. Təxminən 30 dəqiqə keçdikdən sonra yağın qalıqlarını ehtiyatla, dərini dartmadan yumşaq salfetlə təmizləyin. Əlavə olaraq krem çəkməyə  ehtiyac yoxdur. Bu maskanı 1 ay müddətində hər axşam etmək olar.

- İlıq süddə steril pambıq diskləri isladın və göz qapaqlarının üzərinə qoyub 5 dəqiqə saxlayın. Sonra yenə 2 dəfə isladın və təkrar edin. Sonra üzünüzu yuyaraq gözlərinizin ətrafına bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.

- Təzə çəkilmiş aloye şirəsində 2 pambıq diskini isladaraq gözlərinizin üzərinə qoyun. 20 dəqiqə keçdikdən sonra onu xaric edib bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.

- Vitamin E-nin yağlı məhlulundan 20 damcı götürərək, üzərinə 1/2 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Yatmazdan ən azı 1,5-2 saat əvvəl bu maskanı qalın layla üst və aşağı göz qapaqlarının dərisinə və gözətrafı sahələrə çəkin. 10-15 dəqiqədən sonra maskanın qalıqlarını salfetlə silin. Bu maskadan sonra krem çəkilmir.

- Zeytun yağını bir neçə damcı limon şirəsi ilə qarışdıraraq gözətrafı sahələrin dərisinə çəkib, barmaq ucları ilə yüngül hərəkətlərlə dəriyə döyəcləyin. 15 dəqiqə keçdikdən sonra maskanı qalıqlarını yumşaq salfet ilə xaric edin.

- 1 yumurta sarısını çalaraq 1/2 çay qaşığı balla qarışdırın. Gözətrafı sahələrə çəkib 10 dəqiqə saxlayın, qalıqları xaric edin və krem çəkin.

Gözətrafı sahələrin dərisinin hamarlaşdırılması və erkən qırışların profilaktikası üçün cökə, çobanyastığı, tozağacı bitkilərindən hazırlanan dəmləmələr də yaxşı kömək edir. Bitkidən 1 çay qaşığı götürərək üzərinə 1/2 stəkan qaynar su əlavə edilir. 10-15 dəqiqə dəmlədikdən sonra süzgəcdən keçirilir. Pampıq diskləri dəmləmə ilə isladaraq gözlərinizin üzərinə qoyun və 5 dəqiqə saxlayın. Belə kompresləri hər gün etmək olar.

Evdarliq.Az


.
.
Загрузка...