Kosmetologiya

Kəpəkdən necə qurtulmaq olar? Mütəxəssislər tövsiyə edir

Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir.

Bu şampunların üzərində xüsusi qeyd olur "kəpəyə qarşı" ("от перхоти").

Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin:

- salisil turşusu (şampunun üzərinda "salicylic acid" yazılır)

- kükürd (sulfur)

- sink pirition (zinc pyrithione)

- qatran (tar).

Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir. Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır.

Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər. Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və supermarketlərdə satılır.

Hər gün 2 həftə ərzində saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın.

Adətən 2 həftə ərzində kəpək xeyli azalır. Bu halda effekti saxlamaq üçün saçlarınızı daim həftədə 2 dəfə müalicəvi şampunla yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.

Əgər kəpək azalmırsa, daha güclü vasitələrdən istifadə edin. Belə xüsusi müalicəvi şampunların tərkibində 1%-li ketokonazol (ketoconazol) və ya selen sulfid (selenium sulfide) ola bilər. Belə şampunlar apteklərdə və ya supermarketlərdə satılır.

Belə şampunla saçlarınızı 2-4 həftə ərzində həftədə 2 dəfə yuyun. Digər günlərdə saçlarınızı istənilən şampunla yuya bilərsiniz.

Saçlarınızı yuduqda müalicəvi şampunu 5 dəqiqə ərzində saçların üzərində saxlayın və sonra yuyun.

2-4 həftədən sonra kəpək xeyli azalmalıdır. Bu halda saçlarınızı müalicəvi şampunla 2 həftədə 1 dəfə yuyun (şampun qurtarana kimi). Daha sonra tərkibində salisil turşusu, kükürd, sink pirition və ya qatran olan müalicəvi şampun alın və bu şampunu daim həftədə 2 dəfə istifadə edin.

Əgər müalicə effekt vermirsə, dermatoloqa və ya trixoloqa (saç xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) müraciət edin. Bu adi kəpək deyil, daha ciddi dəri xəstəliyi ola bilər.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Çiyələkli piroq

Çiyələkli piroq

Şirniyyat Hits:8098

Bu dadlı ətirli çiyələk piroqu çox...

Pendir və göyərti ilə piroq TAVADA

Pendir və göyərti ilə piroq…

Qəlyanaltılar Hits:949

Məhsullar: - 200 qr holland pendiri (digər...

Qarışqaları evdən necə qovmaq olar? RESEPT

Qarışqaları evdən necə qovmaq olar?…

Faydalı məsləhətlər Hits:28246

Qarışqaları evdən qovmaq üçün bu vasitəni...

Tavada ÇİYƏLƏKLİ TORT

Tavada ÇİYƏLƏKLİ TORT

Şirniyyat Hits:2451

Tərkib: Xəmir üçün - 300 qr kərə...

Üzərliyin inanılmaz faydaları

Üzərliyin inanılmaz faydaları

Sağlamlıq Hits:23985

Üzərlik çoxillilik bitkidir, quru iqlim şəraitində...

Kokosun faydaları

Kokosun faydaları

Ərzaqlar Hits:742

Kokos çox faydalı və müalicəvi məhsuldur...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az