Cavanlaşdırıcı şokolad maskaları. RESEPTLƏR

Şokolad dəri üçün faydalı olan bir çox məddələrlə (vitaminlər, minerallar, antioksidantlar) zəngindir.

Məhz bu səbəbdən şokolad maskaları kosmetologiyada çox geniş istifadə olunur. Belə maskalar dərini cavanlaşdırır, rəngini yaxşılaşdırır, tonuslaşdırır, daha elastik və dartılmış edir, kiçik qırışları, piqment ləkələri yox edir.

Reseptlər

1. Tünd şokolad əridilir (2 xörək qaşığı), 1 çay qaşığı zeytun yağı ilə qarışdırılır, soyudulur və üz dərisinə çəkilir. Maskanı 10 dəqiqə saxlayın və sonra üzünüzü ilıq su ilə yuyun.

2. 1 xörək qaşığı əridilmiş tünd şokolad 1 çay qaşığı xama və 1 çalınmış yumurta sarısı ilə qarışdırılır və üz dərisinə çəkilir.

3. 1 xörək qaşığı əridilmiş tünd şokolad 1 xörək qaşığı duru bal və 1 çay qaşığı gənəgərçək yağı ilə yaxşı qarışdırın və üz dərisinə çəkin.

Evdarliq.Az