Makijın köməyi ilə burnu necə kiçiltmək olar?

Makiyajın köməyi ilə çox böyük burnu vizual olaraq kiçiltmək olar.

Bunun üçün, adətən, istifadə olunandan 3-4  ton tünd tonal vasitəni burnun yan tərəflərinə və ucunun ortasına çəkmək lazımdır. Üzün digər  hissələrinə həmişə istifadə olunan tonal vasitə çəkilir. Tonal vasitələrin sərhədlərini diqqətlə yayırlar.

Enli və oval sifətə uyğun gəlməyən nazik buruna əsas tonundan açıq rəngli tonal krem və ya gel çəkirlər. Aşağı sallanan burun ucunu tünd tonal kosmetik vasitənin köməyi ilə “qaldırırlar”. Onu problemli hissəyə nöqtə şəklində vurub, sonra applikatorun köməyilə yüngülcə yayırlar.

Çox uzun burnu növbəti üsulla korrektə etmək olar: burnun ucuna az miqdarda tünd ənlik vurub yayırlar və sonra üzərinə tonal krem çəkirlər.

Evdarliq.Az



 

 

.