Sirkə xalq təbabətində hər dərdin dərmanı hesab edilir.
Onunla nəinki sağlamlığınızın, həm də gözəlliyinizin qayğısına qala bilərsiniz.
*Kəpək problemi ilə üzləşmisinizsə, istifadə etdiyiniz şampuna bir miqdar alma sirkəsi əlavə edin. Alma sirkəli şampun sizi kəpəkdən həmişəlik xilas edəcək.
*Ən çox rast gəlinən dəri problemlərindən biri də sızanaqlardır.
Sızanaqları yox etmək üçün 1 armudu stəkan alma sirkəsini yarım stəkan su ilə qarışdırın. Sirkəli suyu pambıq vasitəsilə sızanaqların olduğu nahiyələrə çəkin. Bu sızanaqların qısa müddətdə qurumasına kömək edəcək.
*Dəriniz solğun və ləkəli görünürsə, bir qaba eyni miqdarda alma sirkəsi və su əlavə edib ocağın üzərinə qoyun. Su qaynayanda üzünüzü qaba yaxınlaşdırıb buxarın dəriyə təmas etməsinə şərait yaradın. Bunu 3-4 gün təkrarlasanız, daha sağlam dəriyə qovuşacaqsınız.
*Alma sirkəsindən arıqlamaq üçün də faydalana bilərsiniz. Bir stəkan suyun içərisinə 1 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı bal əlavə edərək səhərlər acqarına için. Bu maddələr mübadiləsinin sürətlənməsinə səbəb olacaq.
Publika.Az