Quru dəri üçün maska RESEPTLƏRİ

Quru dəri tez qocalır, qırışlarla örtülür. Belə dəriyə xüsusi qulluq lazımdır.

Dəriniz qurudursa, bu maskalar sizə kömək edə bilər.

Qidalandırıcı maskalar

- 1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın.

Alınan maskanı bir qeder qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.

- 1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı qarışdırdıqdan sonra dərinizə çəkib 20 dəqiqə saxlayın.

- Zeytun, çaytikanı, badam və ya ərik yağını bir qədər qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində islatdın, üzünüzə qoyun və 10 dəqiqə saxlayın. Bu maskadan sonra dəriyə krem çəkilmir.

- Əriyin yumşaq ətli hissəsini qatı qarışıq alınana qədər yağlı xama ilə qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

- Suda bişirilmiş kartofu süd və yumurta sarısı ilə qarışdırın. Maskanı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın.

- Kiçik balqabaq dilimi kəsin, tumları təmizləyin, qabığını soyun. Sonra onu kub şəklində doğrayaraq 15 dəqiqə ərzində vam odda bişirin. Daha sonra üzərinə 1 xörək qaşığı nişasta və 2 çay qaşığı zeytun yağı əlavə edərək yaxşı qarışdırın və üzünüzə çəkin. 15-20 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.

Nəmləndirici maskalar

- 2 xörək qaşığı yulaf yarmasını (“herkules”) qatı tərkib alınana qədər süddə bişirin. Soyutduqdan sonra 1 çay qaşığı bal əlavə edərək qarışdırın. Maskanı üzün dərisinə ilıq şəkildə çəkin və 20 dəqiqə saxlayın.

- Bir neçə moruq, çiyələk və 1 əriyi yaxşı əzdikdən sonra onun üzərinə 1 çay qaşığı sürtgəcdən keçirilmiş kələm və 1 çay qaşığı qaymaq əlavə edərək bir qədər qarışdırdıqdan sonra üzünüzə çəkin. 15 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.

- 1 çay qaşığı xamanı kiçik sürtgəcdən keçirilmiş 2 çay qaşığı çuğundur və kələm və bir qədər bal ilə birlikdə qarışdırın. Maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.

- 2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

Evdarliq.Az


.