Düzgün makiyajın sirləri. Kirpiklər üçün tuş

Kirpiklərin sıxlığı və uzunluğu genetik xüsusiyyətlərdir.

Buna baxmayaraq müasir kosmetik vasitələrin köməyi ilə vizual olaraq kirpiklərin sayını artırmaq, onları daha həcmli və uzun göstərmək mümkündür.

1. İlk öncə tuş seçmək lazımdır. Hal-hazırda mağazalarda praktiki olaraq hər növ tuş tapmaq olar: uzadan, həcm verən, rəngbərəng olan, suya davamlı və s. Yadda saxlamaq lazımdır ki, əlvan tuş yalnız bayram və ekstravaqant makiyaj üçün uyğundur (gündüz vaxtı o, gülməli və mənasız görünəcəkdir). Suya davamlı tuşun silinməsi üçün xüsusi kosmetik vasitə lazımdır (adi vasitə ilə onu silmək qeyri-mümkündür). Həcm verən və ya uzadan tuşun seçimi “doğma” kirpiklərin vəziyyətindən, onların xarici görünüşündən asılıdır.

 2. Əvvəlcə kirpiklərə tozşəkilli pudra vururlar. Kirpiklərin rənglənməsini köklərdən uclara doğru, göz qapağının xarici kənarından başlayıb onun daxili kənarında bitirməklə həyata keçirirlər. Yuxarı kirpikləri diqqətlə düz baxmaqla, aşağı kirpikləri çənəni azca aşağı salmaqla rəngləyirlər.

3. Maksimal effekt almaq üçün kirpikləri, 3-4 dəqiqə fasilə verməklə, iki dəfə rəngləmək lazımdır (birinci rəng qatı tam qurumalıdır).

4. Əgər kirpikləri rəngləməmişdən əvvəl üzə tonal krem çəkilmişdirsə, onda vasitənin tam şəkildə hopmasını gözləmək lazımdır, əks halda tuşun kiçik hissəcikləri bütün makiyajı korlaya bilər. Təsadüfən kirpiklərə düşən gel və ya kremi ehtiyatla kağız salfetlə götürmək, sonra isə nazik qatla tozşəkilli kirşan (pudra) vurmaq lazımdır.

5. Kirpiklərin sayını vizual olaraq artırmaq üçün aşağıdakı üsulu tətbiq etmək olar. Göz qapaqları üçün olan nazik qara karandaşla kirpik tüklərinin arasında kiçik nöqtələr qoyurlar, sonra onları yüngülcə yayırlar.

6. İstənilən tuşu yatmazdan əvvəl xüsusi maye şəkilli demakiyator və ya yağlı kosmetik südün köməyi ilə silmək lazımdır - gecə ərzində gözə düşən rəng hissəcikləri allergiyaya  və digər ciddi xəstəliklərə səbəb ola bilər. Həmçinin boya çəkilmiş kirpiklər balışa sürtülərkən qırıla bilər.

10. Kirpiklər üçün qara rəngli tuş klassik rəng sayılır, qəhvəyi və tünd boz rənglərdən də istifadə etmək olar.

Evdarliq.Az


Загрузка...
..