Üz kreminizi özünüz hazırlayın – QAYDA

Pulunuzu xərcləyib kimyəvi tərkibli üz kremləri almaqdansa, evdə özünüz hazırlaya bilərsiniz.

Evdə üz kremi necə hazırlanır?

Sizə əla təbii üz kremlərinin reseptlərini təqdim edirik. 

Resept 1

1 yemək qaşığı Bepanten krem
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı kakao yağı
1 çay qaşığı hindqozu yağı
1 çay qaşığı üzüm çəyirdəyi yağı

Kakao yağını kiçik bir tavaya qoyun. Daha iri bir tavaya isti su doldurub kakao yağı olan tavanı bu tavanın içinə qoyun. Kakao yağı əriyənə kimi içinə sıra ilə yağları, ən sonda isə Bepanten kremini əlavə edin. Yaxşı qarışdırın. Kakao yağı bu yağlarla qarışdığında dona bilər. Buna görə bu tavanı bir də yenidən isti su dolu tavaya qoyun, əridikdən sonra soyuması üçün 20 dəqiqə gözləyin. Dəmir qaba töküb soyuducuda saxlayın.
Tərkibindəki ərzaqlar dərini qidalandırır və yumşaldır. Üzüm çəyirdəyi yağı və Bepantenin isə qoruyucu və yeniləyici keyfiyyəti var.

Resept 2

1 yemək qaşığı şea yağı
1 yemək qaşığı buğda yağı
1 yemək qaşığı avokado yağı
1 çay qaşığı lavanda yağı

Şea yağı karite yağı olaraq da bilinir. Afrikada yetişən karite ağacının gövdəsindən əldə edilən bu yağın dərini yeniləmə xüsusiyyəti var. Yüngül yanıqlarda da istifadə edilir, həm də yaşlanmanı gecikdirir.
Şea yağını yuxarıda kakao yağını əritdiyiniz üsulla əridin, digər yağları əlavə edib yaxşıca qarışdırın. Bir neçə dəqiqə isidin, soyuducuya qoyun. Qatılaşınca dəmir qaba töküb istifadə edin.  

Aile.lent.az


Загрузка...
. .