Küncüt yağı saç tellərini gücləndirir, saçı qidalandıraraq daha tez uzanmasını təmin edir.
Vitamin, zülal və minerallarla zəngin olan küncüt yağı saç dərisi üçün də faydalıdır.
Saç uzadan maska:
Tərkibi:
1 xörək qaşığı küncüt yağı
2 ədəd bildirçin yumurtası
1 ədəd avokado
Hazırlanması və tətbiqi:
Avokadonu soyub əzin. İçinə yumurta və küncüt yağını əlavə edib qarışdırın. Maskanı çəkib saçın dib hissələrini masaj edin. 1 saat gözlədikdən sonra saçlarınızı təbii tərkibli şampunla yuyub təmizləyin. Maska 10 gündən bir çəkilməlidir.
Saçlara parlaqlıq verən maska:
Tərkibi:
1 xörək qaşığı küncüt yağı
1 çay qaşığı quru maya
1 xörək qaşığı rozmarin yağı
1 xörək qaşığı su
1 çay qaşığı alma sirkəsi
Hazırlanması və tətbiqi:
Siyahıdakıları qarışdırın. Əldə etdiyiniz maskanı çəkib yarım saat gözləyin. Saçınızı şampunla yuyub təmizləyin.
Bu maskadan həftədə bir dəfə istifadə edilməlidir.
Publika.az