Kosmetologiya

Üz dərisinin cavan qalması üçün BUNLARI EDİN!

25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.

İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.

Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Lakin bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.

Sadə məsləhətlərimiz dərinizi daha cavan və sağlam saxlamağa kömək edəcəklər.

Beləliklə,

1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin. Mimikanı mümkün qədər "kasıb" edin. Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını saxır, həddən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.

2. Mümkün qədər az hallarda pudra və tonal kremlərdən istifadə edin. Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.

3. Düzgün və xeyirli qidalan çox vacibdir. Bütün meyvə-tərəvəzlərin tərkibində antioksidantlar var. Bu maddələr orqanizmdə və, o cümlədən, üz dərisində gedən qocalma prosesləri ləngidir. Dəri üçün sitrus meyvələri, qara qarağat, çiyələk çox xeyirlidir. Onların tərkibində güclü antioksidant xüsusiyyətlərinə malik olan C vitamini var.

Bütün narıncı və qırmızı rəngdə olan meyvə və tərəvəzlər (kök, pomidor, balqabaq, bolqar bibəri, ərik və s.) beta-karotinlə zəngindir. Beta-karotin (A vitamini) orqanizmdə hüceyrələrin yenilənməsinə cavabdehdir. Bahalı anti-age (cavanlaşdıran) kremlərin tərkibində olan retinol A vitaminidir.

Qoz-fındıq da (qoz, fındıq, keşyu, badam və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində E vitamini və koenzim Q10 var ki, bu maddələr hüceyrələrin regenerasiya (bərpa) proseslərini sürətləndirir və qidalanmasını yaxşılaşdırır. Lakin qoz-fındıqdan süi-istifadə etmək olmaz.

Balıq (xüsusilə qızılbalıq, siyənək, sardina, skumbriya) dəri üçün ən xeyirli məhsullardan biridir. A, D vitaminləri, omeqa-3 yağlı turşularla zəngin olan balıq dərini cavanlaşdırır, daha parlaq edir.

Bütün yarmalar (xüsusilə yumru ağ düyü, qəhvəyi düyü, qarabaşaq, yulaf yarması və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində çoxlu miqdarda silisium mikroelementi var ki, bu mikroelement kollagenin (dərini möhkəmləndirən maddə) hazırlanmasını stimullaşdırır. Bundan əlavə yarmalarda çoxlu miqdarda B qrupu vitaminləri var. Bu vitaminlər dərinin bərpasına kömək edir.

Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir.

Süd məhsulları da (kəsmik, qatıq, təbii yoqurt və s.) dəri üçün çox xeyirlidir. Bu məhsulların tərkibində dərinin vəziyyəti üçün çox vacib olan zülallar, kalsium, selen kimi mikroelementlər var.

Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.

4. Suyun kifayyət qədər qəbul edilməsi dərinin cavan və sağlam qalması üçün çox vacibdir. Hər gün 8-10 stəkan təmiz su qəbul etmək lazımdır. Su dərini quruluqdan xilas edir, orqanizmi qocalma prosesləri sürətləndirən ziyanlı maddələrdən (şlaklar, toksinlər  və s.) təmizləyir.

5. Üz dərisini cavan saxlamaq istəyən qadın mütləq hərəkətli olmalıdır - bədən tərbiyəsi, idmanla məşğul olmalıdır, tez-tez açıq havada gəzməlidir. Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.

6. Qadınların əksər hissəsi bilir ki, yuxunun az olması üz dərisinə mənfi təsir edir. Bu həqiqətdir. Üz dərisini cavan saxlamaq istəyən qadın kifayyət qədə yatmalı və dincəlməlidir, stress və həyacanlamalardan uzaq olmalıdır.

7. Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Ev şəraitində kosmetik maskaların istifadəsi. Əsas qaydalar

Ev şəraitində kosmetik maskaların istifadəsi…

Kosmetologiya Hits:2861

Üz dərisindəki bir çox problemləri aradan...

Qabartma tozu ilə dərinizi yeniləyin - MASKA

Qabartma tozu ilə dərinizi yeniləyin…

Kosmetologiya Hits:2331

Həmişə mətbəxinizdə olan qabartma tozu ilə...

Təbii yun xalçalara qulluq

Təbii yun xalçalara qulluq

Təmizlik işləri Hits:1557

Əgər bir neçə sadə qaydalara əməl...

Üz dərisini gözəlləşdirən SADƏ VƏ EFFEKTLİ UN MASKALARI

Üz dərisini gözəlləşdirən SADƏ VƏ…

Kosmetologiya Hits:21751

Un maskaları dəriyə çox yaxşı cavanlaşdırıcı...

Gözaltı qaralardan xilas olun - MASKA

Gözaltı qaralardan xilas olun -…

Kosmetologiya Hits:10675

Karbonat (soda) çox güman ki, hər...

Darçınla alma ruleti

Darçınla alma ruleti

Şirniyyat Hits:22022

Zərif və dadlı rulet. Çox asan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az