Bu otlar arıqlamağa kömək edir

Qədim vaxtlardan insanlar otların köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

Müasir tibbdə də fitoterapiyadan (otlarla müalicə) geniş istifadə olunur.

Fitoterapiya arıqlamaq istəyən insanlara da yardımçı ola bilər. Arıqlamaqdan əlavə fitoterapiya üsulları orqanizmi şlaklar və toksinlərdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Təbii ki, otların qəbulundan əlavə arıqlamaq istəyən insan qıdalanmasında müəyyən dəyişikliklər etməli və minimal şəkildə olsa da idmanla məşğul olmalıdır.

Arıqlamaq məqsədi ilə istifadə olunan otlar:

- iştahanı azaldan otlar - kətan toxumu, gülxətmi otun kökü, spirulina yosunları, mələkotu, fukus (yosunlar növü) və s.;

- həzm sisteminin fəaliyyətini yaxşılaşdıran və bağırsaqları təmizləyən otlar - şüyüd, cəfəri, cirə, razyana, murdarçanın qabığı və s.;

- öd- və sidikqovucu effekti olan otlar - qatırquyruğu, solmaz çiçəyi, qarğıdalı saçaqları, zərinc, zəncirotu və s.;

- işlətmə effekti olan otlar - səna otu, cirə, boymadərən, çobanyastığı və s.;

- mübadilə prosesləri yaxşılaşdıran otlar - gicitkən, tozağacının yarpaqları, dəvədabanı və s.;

- energinin sərf edilməsini artıran otlar - ilk növbədə bu ədviyyatlardır - rozmarin, zəncəfil, darçın, kurkuma və s.

Bu otları ayrı-ayrılıqda və ya qarışıq şəklində (bir neçə müxtəlif təsiri olan otlar) istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, bu otlar da müəyyən sxem şəklində və müəyyən müddət ərzində qəbul oluna bilər. Qaydasız və geyri-məhdud şəklində qəbul olunduqda bu otlar insana yalnız ziyan gətirə bilər.

Beləliklə, otlarla arıqlama zamanı bu kimi qaydalara riayət etmək lazımdır:

- otlar dəmləmələrini uzun müddət ərzində qəbul etmək olmaz. Otlar 1,5-2 ay ərzində qəbul oluna bilər. Sonra müəyyən fasilə vermək lazımdır.

- otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Hətta ən "zərərsiz" otlar müəyyən vəziyyətlərdə insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

- otları qəbul etdiyi zaman səhhətinizdə hər hansı dəyişiklik əmələ gəldikdə, bu haqda mütləq həkimlə məsləhətləşin.

- hamiləlik zamanı bu otların bəzilərinin qəbulu hamiləliyin pozulmasına səbəb ola bilər.

- allergik xəstəlikləri olan insanlar da ehtiyatlı olmalıdır. Hər hansı allergik simptom meydana çıxdıqda (səpgilər, öskürək və s.) otların qəbulunu dayandırmaq lazımdır.

- otlar dəmləmələrini hər qəbul etdikdən əvvəl hazırlamaq lazımdır. Dəmləmə təzə olmalıdır ki, lazım olan effekt versin.

- dəmləmələri növbələşmək olar - bir həftə bir dəmləmə, növbəti həftə- digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olur.

- dəmləmələri gün ərzində 3-4 dəfə qida qəbulundan əvvəl qəbul etmək lazımdır.

Otlarla arıqlama üsulu çox tez və gözəçarpan effekt verməsə də, arıqlama sağlam şəkildə baş verir. İnsan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

Müxtəlif mənşəsi bilinməyən arıqlamaq üçün olan preparatlar, güclü işlətmə dərmanları və s. bəzən tez effekt versə də, orqanizmə ziyan vurun. Bu preparatların köməyi ilə itirilən çəki bir müddətdən sonra asanlıqla qayıdır.

Arıqlamaq üçün otlar dəmləmələri bu üsulla hazırlanır. Yuxarıda qeyd olunan hər qrup otlardan eyni miqdarda 1 növ ot götürülür (məsələn, 20 qr hər hansı iştahanı azldan ot + 20 qr - hər hansı öd- və sidikqovucu effekti olan ot + 20 qr hər hansı işlətmə effekti olan ot + hər hansı 20 qr mübadilə prosesləri yaxşılaşdıran ot  və s.). Bitkilər xırdalanır və yaxşı qarışdırılır. Daha sonra bu qarışıqdan 1 xörək qaşığı ot götürülür və 250 qr qaynar suda 1 saat ərzində dəmlənilir. Sonra dəmləməni qəbul etmək olar.

Nəzərinizə çatdıraq ki, sizdə hər hansı xroniki xəstəliklər və ya pozulmalar varsa, istənilən bitkiləri qəbul etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Saglamolun.Az


Загрузка...
. .