Kosmetologiya

Ev şəraitində arzuolunmaz tüklərdən azad olmaq üçün təbii üsul

Bu epilyasiya növü şərq ölkələrində çox geniş istifadə olunur.

Qərbdə ona "şuqarinq" deyilir ("sugar" - ingilis dilində "şəkər").

Bu epilyasiya növünün bir çox üstünlükləri var:

- əks-göstərişlərin olmaması,

- aşağı qiymət,

- asanlıq,

- allergik reaksiyaların olmaması,

- yalnız təbii vasitələrdən istifadə olunması,

- epilyasiya pilinq effekti verir - dəri çox hamar, təravətli olur,

- bədənin istənilən nahiyəsində istifadə oluna bilər (üz, ayaqlar, qollar və s.),

- bu epilyasiya növündən daim istifadə edən qadınlar vaxt keçdikcə tüklərin daha gec çıxmasını və daha nazik olmasını qeyd edirlər.

Bu epilyasiyanı kosmetik salonlarda həyata keçirirlər. Lakin ev şəraitində də bunu etmək mümkündür.

Epilyasiya üçün lazım olan pastanı hazırlamaq üçün 4 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 2 xörək qaşığı su lazımdır. (Əgər sizə daha çox pasta lazım olarsa, inqrediyentlərin miqdarını 2-3-4 və s. dəfə artırın.)

Epilyasi üçün olan pastanın hazırlanması

1. Şəkərlə suyu qarışdırıb odun üzərinə qoyun.

2. Şəkər əridikdən sonra limon duzu əlavə edin və qarışdıra-qarışdıra vam odda bişirin.

3. Hazır pasta karamel rəngində olmalıdır.

4. Pastanın hazır olub-olmamasını yoxlamaq üçün pastanın 1 damcısını təmiz  boşqabın qırağına tökün və barmaqlarınızda əzin - pasta barmaqlara yapışmırsa, deməli hazırdır. Digər üsul pastanın 1 damcısını 1 stəkan suya tökün, pasta suda yayılmırsa, yumru damcı şəklində qalırsa - pasta hazırdır.

5. Hazır pastanı təmiz qaba tökün və soyuyana kimi gözləyin.

Pasta soyuyana qədər dərinizi epilyasiya üçün hazırlayın. Epilyasiya olunan hissəni sabunla yuyun, yaxşı qurudun və üzərinə uşaq tozu ("prisipka") və ya un səpin. Bu pastanın dəriyə yapışmasına imkan verməyəcək. Epilyasiyadan 1 gün əvvəl duş qəbul edin və bədən skrabından istifadə edin. Bu epilyasiyanın daha yaxşı effekt verməsinə kömək edəcək.

Pasta soyanda (ilıq olmalıdır) onun bir tikəsini barmaqlarınızda 1-2 dəqiqə ərzində yaxşı əzin. Pastanın rəngi tədricən dəyişiləcək - ağaracaq, pasta daha elastik olacaq və barmaqlara yapışmayacaq.

Bundan sonra pastanı dəriyə çəkin (tüklərin uzanmasının istiqamətinə qarşı) və daha sonra cəld hərəkətlərlə (tüklərin uzanmasının istiqamətinə) pastanı dəridən qopardın. Pastanı bir neçə dəfə istifadə etmək olar. Daha sonra təzə pastanı götürün. Pasta  soyubsa, pasta ilə olan qabı isti su tökülmüş qazanda bir qədər qızdırın.

Epilyasiya qurtaranda artıq qalmış pastanı soyuducuda saxlayın. Epilyasiyadan sonra dərini ilıq su ilə yuyun.

Saglamolun.Az


.
Загрузка...

Şərhlər  

#1 Nigar 10.12.2016 20:17
Salam bunu eleyen var? Efektini gormusunuz xaxanimlar? Birdeki bunu hamile vaxti elemek olarmi?
Sitat
#2 Angel 20.07.2018 13:17
Elədim, çox gözəl effekti var.
Sitat

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Bizi qocalıqdan xilas edən vasitə

Bizi qocalıqdan xilas edən vasitə

Sağlamlıq Hits:3034

Hamı bilir ki, balıq yağı çox...

Limonu xarab olmadan uzun müddət saxlamağın yolları

Limonu xarab olmadan uzun müddət…

Faydalı məsləhətlər Hits:23791

Limonu xarab olmadan günlərlə, hətta həftələrlə...

Hər bir qadının bilməli olduğu 7 qayda

Hər bir qadının bilməli olduğu…

Maraqlı... Hits:6123

Zəriflik hissedilməzdir, amma o, yerişdə, danışıq...

Qavalı ilə çox SADƏ PİROQ

Qavalı ilə çox SADƏ PİROQ

Şirniyyat Hits:1670

İnqrediyentlər: Xəmir: - 2-2,5 stəkan un

Pomidor nə ilə faydalıdır

Pomidor nə ilə faydalıdır

Ərzaqlar Hits:2061

Pomidor ən dadlı tərəvəzlərdən biridir. Pomidorun...

Trüfel peçenyesi

Trüfel peçenyesi

Şirniyyat Hits:4338

Çox dadlı və qeyri-adi peçenyedir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:362

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:665

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:472

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az