Saçların ev şəraitində boyanması. TÖVSİYƏLƏR

- Saçların yaxşı boyanması üçün kifayət qədər saç boyası olmalıdır. Bu halda nəticə yaxşı olacaq.

Bir qablaşdırma (qutu) saç boyası uzunluğu orta ölçüdə olan saçlara kifayət edir.

- Əgər saçların uzunluğu 20 sm-dən çox olarsa, daha bir qutu saç boyası almaq lazımdır. Bu zaman qənaət etmək məsləhət deyil. Lakin saçların fərdi xüsusiyyətlərindən də çox şey asılıdır: bəzi hallarda onlar özlərinə daha çox rəng hopdurur və bir saç boyası qutusu orta uzunluqda olan saçlara kifayət etmir.

- Saçların boyanmasından əvvəl həssaslıq testi etmək lazımdır. Bunun üçün dirsəyinizin daxili səthinə bir qədər boya vurub bir müddət (yaxşı olar ki, 1 gün) gözləyin. Əgər dərinizdə qızartı və ya qıcıqlanma əmələ gələrsə, bu rəngdən istifadə etməsəniz daha yaxşı olar.

- Saçların boyanma müddəti onların hopdurma xüsusiyyətindən və quruluşundan asılıdır. Ona görə də bəzən saçlarınboyanma qaydalarından bir qədər kənara çıxaraq onların boyanma müddətini fərdi qaydada müəyyən etmək lazımdır.

- Saç boyasını mümkün qədər tez vurmaq lazımdır – yaxşı olar ki, bütün proses 10 dəqiqədən artıq çəkməsin. Vurulan boyaları saçlarda lazım olan vaxtdan çox saxlamaq olmaz, əks halda onlar quru olur və daha asanlıqla qırılır.

- Saçların boyanması zamanı otağın temperaturu 22 C-dən az olmamalıdır.

- İlk öncə saç boyasını başın arxa tərəfindən başlayaraq, xüsusi kiçik fırça ilə saçların dibinə çəkirlər. Daha sonra isə boyanı saçların uzunluğu boyu paylaşdırır, köpükləndirir və saçları darayırlar.

- Saçların ucları onların diblərinə nisbətən boyanı daha tez özünə hopdurur, ona görə də onların boyanması üçün daha az vaxt sərf olunmalıdır.

- Kimyəvi burulmuş saçları çox ehtiyatla boyamaq lazımdır. Onlar yumşaq quruluşa malik olduğuna görə saç boyasını çox tez götürürlər.

- İstənilən saç boyasını kifayət qədər su ilə yaxşı-yaxşı yumaq lazımdır ki, boyanın qalıqları saçların üzərində qalmasın.

Evdarliq.Az



 

 

.