Kosmetologiya

Dəriniz həssasdırsa, kosmetikanı diqqətlə seçin!

Bəzi qadınlarda kosmetik vasitələrə qarşı həssaslıq olur.

Bu qadınlar özünə kosmetika seçərkən çox diqqətli olmalıdır. Belə qadınlar üçün xüsusi hipoallergen kosmetika var. Onun tərkibində parfümer ətirlər (iy) və rəngləyicilər azdır (və ya heç yoxdur), konservantlar çox diqqətlə seçilmiş,  aktiv maddələr isə elə uyğunlaşdırılmışdır ki, dərinin qıcıqlanmasına səbəb olmasın. Hər halda, kosmetikanı seçərkən aşağıdakı tövsiyələrə əməl etməyə çalışın:

- İlk növbədə tərkibində ən az miqdarda aktiv maddələr olan kremləri seçin. Komponentlər nə qədər çoxdursa, allergik reaksiyanın baş verməsi ehtimalı da bir o qədər çox olur.

- Əvvəlcə kremi və ya maskanı dərinin kiçik bir hissəsinə - dirsək və ya çiyinin iç büküşünə vurun. Əgər 30-40 dəqiqədən sonra həmin sahədə qıcıqlanma olmazsa, kremdən rahatlıqla istifadə edə bilərsiniz.

- Bir kosmetik vasitəni digərinin üzərindən çəkərək təcrübə aparmayın. Bəzən istisna hal kimi - əgər kosmetik vasitələr eyni hipoallergen xəttə aiddirsə və bir-birini tamamlayırsa (məsələn, üz yumaq üçün losyon, tonik və nəmləndirici krem), buna icazə vermək olar.

- “100% təbiidir “ yazısı allergiyası olan insan üçün əsl təhlükədir. Çünki statistikaya əsasən, qıcıqlanmanı (allergiyanı) ən çox təbii piylər, bitki və efir yağları verir.

- Dərinin cavanlaşdırılması üçün olan vasitələrdən də çox ehtiyatla istifadə edin. Məsələn, adətən, dərinin cavanlaşdırılması üçün olan kosmetik vasitələrin tərkibinə daxil edilən retinoidlər (süni şəkildə sintez edilmiş vitamin A) dərinin qızarmasına, qıcıqlanmasına və qabıq verməsinə səbəb ola bilər. Həmçinin, tərkibində spirt, qliserin, salisil turşusu olan məhlulları da ehtiyatla istifadə etmək tövsiyə edilir.

- Həssas dərisi olanlar üçün kosmetik vasitə seçərkən, SPF (günəşdən qoruyucu faktor) göstəricisi yüksək olmayan (5-dən çox olmasın) preparatları seçmək lazımdır. Günəşdən qoruyucu faktor nə qədər yüksək olarsa, onun tərkibində olan kimyəvi filtrlər də daha çox olur ki, bu da onların allergiya vermək ehtimalını artırır.

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика