Kosmetologiya

Bunu hər bir qadın bilməlidir! Makiyajın silinməsi qaydaları

Dekorativ makiyajı hər axşam mütləq silmək lazımdır, əks halda hətta ən ideal dəri çox tez bir zamanda xoşagəlməyən vəziyyətə düşəcəkdir.

Dəriyə əsas ton verilməsi üçün istifadə olunan istənilən kosmetik vasitələr tədricən dərinin özü tərəfindən ifraz olunan piy, tər və s. ilə qarışaraq dəridəki məsamələri qapayır, qaz mübadiləsi və hüceyrələrin qidalanması prosesini pozur. Makiyajın altında mikroblar çoxalmağa başlayır, nəticədə dəridə iltihabi ocaqlar, sızanaqlar və s. əmələ gələ bilər.

Makiyajı silmək üçün istifadə edilən kosmetik vasitəni dəri tipinə uyğun seçmək lazımdır. Yağlı dəri üçün yüngül təmizləyici kosmetik süd, gel və ya “penka” (köpüklənən vasitə) uyğun gəlir. Quru dəri isə tərkibində çoxlu nəmləndirici və qidalandırıcı komponentləri olan xüsusi kosmetik vasitələrlə təmizlənir.

Suya davamlı kosmetikanı xüsusi emulsiya ilə təmizləyirlər.

Makiyajı təmizləmək üçün sabundan istifadə etmək olmaz!

Üz dərisinin müəyyən hissələrinin dartılmaması və vaxtından əvvəl qırışların əmələ gəlməsinin qarşısını almaq üçün, dəridəki dekorativ kosmetikanın silinməsi zamanı, bütün hərəkətlər təbii dəri xətləri istiqamətində olmalıdır. Gözətrafı sahələrin demakiyajı zamanı daha çox ehtiyatlı olmaq lazımdır.

Kosmetik süd - indiki günlərdə makiyajı silmək üçün ən yaxşı vasitədir. Hazırda kosmetik südün elə növləri vardır ki, onlar nəinki dərini təmizləyir, həm də onu yumşaldır, nəmləndirir, üzün rəngini yaxşılaşdırır və hətta toksinləri də xaric edir. Yadda saxlamaq lazımdır ki, ən əsas cəhət odur ki, demakiyajdan sonra kosmetik südü də dəridən təmizləmək lazımdır! Əks halda o, dəridə qıcıqlanma yarada bilər. Kosmetik süd, üz dərisinin səthi üzrə bir barabərlikdə olmaqla, dairəvi hərəkətlərlə çəkilir; sonda isə onu yumşaq salfetlə silirlər. Lazım gəldikdə bu proseduranı daha bir dəfə təkrar edirlər.

Dekorativ kosmetikanın silinməsinə dodaqlardan başlayırlar. Ağızın künclərindəki dərini sol əlin barmaqları ilə yüngülcə təzyiq etməklə tuturlar. Yumşaq pambıq disk və ya tamponun üzərinə az miqdarda demakiyator tökürlər. Sonra dodağın künclərindən mərkəzinə doğru hərəkətlərlə dodaq boyasını silirlər. Rəngin tam silinməsi üçün bir neçə tampon lazım ola bilər (xüsusən də tünd rəngli kosmetikadan istifadə olunubsa). Davamlı dodaq boyasını isə məhz bunun üçün nəzərdə tutulan xüsusi kosmetik vasitə ilə silirlər.

Əgər kosmetikanı silmək üçün istifadə olunan vasitənin üzərində onun oftalmoloji yoxlamadan keçdiyi qeyd olunmayıbsa, bu halda onu gözlər ətrafına vurmaq olmaz. Bu sahənin dərisi çox həssas olduğu üçün bir çox təmizləyici komponentlər onun qıcıqlanmasına səbəb olur. Ona görə də bu zərif sahənin demakiyajı üçün xüsusi vasitələr vardır. Gözlər üçün müasir demakiyaj vasitələri çox effektlidirlər, onları göz dərisinə sürtmək lazım olmur. Kosmetik vasitəni iki pambıq diskə çəkib, kosmetikanın yumşalması üçün örtülü şəkildə olan gözlərin üzərinə qoymaq kifayətdir. Sonra isə gözün daxili hissəsindən kənarlara doğru olmaqla, yüngül hərəkətlərlə, əvvəlcə üst, sonra isə alt göz qapağını silmək lazımdır. Suya davamlı tuş üçün xüsusi preparatlar mövcuddur.

Dodaq və gözlərin təmizlənməsindən sonra üz dərisinin təmizlənməsinə başlayırlar. Kip tonal krem və ya krem-pudranı, xüsusən də onlar bir neçə qat çəkilibsə, yağlı vasitənin (kosmetik qaymaq, xüsusi yağ və s.) köməyilə silirlər. Daha yüngül tonal vasitələri (gel və s.) isə emulsiya və ya gel ilə təmizləyirlər.

Xüsusi “penka” və ya gellə yuyunma heç bir qüsuru olmayan gənc dəri üçün və yalnız  ilin isti aylarında məsləhət görülə bilər. Qışda istifadə olunan bütün kosmetik vasitələrin tərkibində yağların miqdarı mümkün qədər çox olmalı və onlar nəmləndirici xüsusiyyətlərə malik olmamalıdır.

Demakiyajın sonunda təmizləyici kosmetik vasitəni yumşaq kosmetik salfetin köməyilə təmizləmək, dərini toniklə silmək, sonra qidalandırıcı krem vurmaq lazımdır.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və effektli!

Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və…

Kosmetologiya Hits:1511

Alma ən faydalı meyvələrdən biridir.

Çox dadlı və zərif kəsmikli bulkalar. Siz də hazırlayın!

Çox dadlı və zərif kəsmikli…

Şirniyyat Hits:21941

Çox dadlı və faydalı şirniyatdır. Uşaqlarınızı...

Tort və pirojna üçün BİŞMİŞ KREM

Tort və pirojna üçün BİŞMİŞ…

Şirniyyat Hits:20547

Tərkib: - yarım l süd - 1 stəkan...

Adi rezinlər ev işlərində sizə kömək edəcək

Adi rezinlər ev işlərində sizə…

Faydalı məsləhətlər Hits:7628

Adətən ofis işlərində istifadə olunan rezinlər...

Heyva cemi

Heyva cemi

Qışa tədarük Hits:8795

Cem çox dadlı alınır. Piroqlar, bulkalar...

Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər…

Ana və uşaq Hits:3135

Hazırda uşaqlar arsında ən çox rast...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az