Kosmetologiya

Saçların süni uzadılması

Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir.

Hal-hazırda bu arzunu bir neçə saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.

Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.

Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.

Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan saçlar 6 ayadək qala bilər.

Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə), xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında gizlədilir.

Saçların soyuq üsulla uzadılması zamanı saçların dəstələri birbiri ilə xüsusi yapışqan və ya kiçik metal sıxaclar vasitəsi ilə birləşdirilir. Yapışqanla birləşdirilmənin üsullarından biri saçların lentlə birləşdirilməsidir. Bu zaman xüsusi lentin üzərinə bərkidilmiş süni saç dəstləri qadının öz saçlarına birləşdirilir.

Əlavə edilən saçları yalnız kosmetik salonda, ən yaxşısı isə onları uzadan ustanın özü tərəfindən çıxarmaq lazımdır. Süni saçları çıxardıqdan sonra öz saçlarınızı kosmetik maskalarla yaxşı-yaxşı qıdalandırın.

Saglamolun.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Gilas mürəbbəsinin hazırlanması

Gilas mürəbbəsinin hazırlanması

Qışa tədarük Hits:7630

İnqrediyentlər: - 1 kq gilas - 1 kq...

Biskvit yapıxmasın deyə... 5 MƏSLƏHƏT

Biskvit yapıxmasın deyə... 5 MƏSLƏHƏT

Faydalı məsləhətlər Hits:6949

Bu problem bir çox qadınlara tanışdır...

Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI

Heyva ilə piroqun asan HAZIRLANMA…

Şirniyyat Hits:2349

Heyva piroqunun hazırlanma qaydasını təqdim edirik...

Dəri əşyaları təmizləmək üçün FORMUL

Dəri əşyaları təmizləmək üçün FORMUL

Paltarlara qulluq Hits:1180

Çox sevərək aldığınız dəri ayaqqabı, gödəkcə...

Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın

Daha gümrah və sağlam olmaq…

Sağlamlıq Hits:2213

Sağlamlığınızı qorumaq üçün müntəzəm sürətdə sağlamlığınıza...

Şüyüd nə ilə faydalıdır?

Şüyüd nə ilə faydalıdır?

Ərzaqlar Hits:2980

Adi şüyüd və onun toxumları çox...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:88

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:257

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:211

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:5263

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:3340

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Asan hazırlanan çiyələkli tart – RESEPT

Asan hazırlanan çiyələkli tart –…

Şirniyyat Hits:749

Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da...

Darçınla sadə peçenye

Darçınla sadə peçenye

Şirniyyat Hits:1639

Məhsullar: - 100 qr kərə yağı

Badımcan və pendirlə toyuq filesi sobada

Badımcan və pendirlə toyuq filesi…

İsti yeməklər Hits:738

Məhsullar: - 2 badımcan

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az