Kosmetologiya

Düzgün manikürün sirləri

Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir.

Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

- Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

- Təbii dırnaqlar üçün sərt metal dırnaq “pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq “pilkalardan” istifadə etməyi məsləhət görürlər.

- Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

- Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq “baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.

Əgər siz dırnaqlarınızın sağlam olmasını istəyirsinizsə, onda heç bir halda istehsalçısı məlum olmayan ucuz dırnaq boyalarından istifadə etməyin.

Lakı silmək üçün istifadə edilən aseton əsaslı vasitələr dırnaqlara ziyan vurur. Bu məqsədlə, bitki ekstraktları əlavə olunmuş, asetonsuz, yumşaq, qoruyucu məhlullardan istifadə edilməsi daha çox arzu olunandır.

Hal-hazırda dəbdə olan dırnaqların uzadılması prosedurası onları korlaya bilər. Məsələ ondadır ki, süni dırnaqların altında təbii dırnaqlar zəifləyir, nazik və yumşaq olur. Ona görə də əgər siz dırnaqlarınızı uzatmısınızsa, bu dövrdə təbii dırnaqlarınızı möhkəmləndirmək üçün vitaminlər və kalsium qəbul etmək məsləhətdir. Süni dırnaqları çıxardiqdan dərhal sonra onları yenidən uzatmaq məsləhət deyil. Əvvəlcə onlara xüsusi kosmetik qulluqedici vasitələrin köməyi ilə müalicə etmək lazımdır.

Saglamolun.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Alma ilə KƏSMİKLİ PİROQ

Alma ilə KƏSMİKLİ PİROQ

Şirniyyat Hits:1499

Tərkib: - 3 alma

Əsl ərik cemi. RESEPT

Əsl ərik cemi. RESEPT

Qışa tədarük Hits:28678

Ərik cemi müxtəlif piroqların, peçenyelərin, ruletlərin...

Plastik qablarda su alanda hansı işarələrə diqqət etmək lazımdır?

Plastik qablarda su alanda hansı…

Faydalı məsləhətlər Hits:2184

Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində...

Sadə və çox dadlı KİŞMİŞLİ KEKS

Sadə və çox dadlı KİŞMİŞLİ…

Şirniyyat Hits:25627

 Tərkib: - 2 stəkan un - 100 qr...

Qara nöqtələri yox edən SADƏ MASKALAR

Qara nöqtələri yox edən SADƏ…

Kosmetologiya Hits:15297

Cavan, dərisi yağlı olan qadınların üz...

Cavanlaşdırıcı xurma maskaları

Cavanlaşdırıcı xurma maskaları

Kosmetologiya Hits:4199

Xurma üz dərisinə çox müsbət təsir...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:948

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az